Paytaxtda bu il sənaye istehsalı 48 mlrd. manatı ötüb
Bu ilin yanvar-noyabr aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 48,4 milyard manat təşkil edib. Sənaye məhsulunun 76 faizi mədənçıxarma, 20,8 faizi emal, 2,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
Bakı Şəhər Statistika İdarəsindən "APA-Economics"ə verilən məlumata görə, sənayedə qeyri-dövlət sektorunun payı 83,3 faiz olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 93,0 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 7,0 faiz təşkil etmişdir.
Hesabat dövründə istehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 dekabr 2024-cü il vəziyyətinə 392,5 milyon manatlıq hazır məhsul ehtiyatı olunub.
Məlumata görə, sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 47,9 milyon manat məbləğində digər məhsullar da mövcud olub.
Oxşar xəbərlər
Paytaxtda 31 mlrd. manatlıq sənaye məhsulu istehsal edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda sənaye istehsalı 11% azalıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sənaye istehsalı artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda I yarımildə 26 milyard manatlıq sənaye məhsulu istehsal olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda 8 ayda 35 milyard manatlıq sənaye məhsulları istehsal olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












