Sənaye istehsalı artıb
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2024-cü ilin yanvar-sentyabr aylarında 47,8 milyard manatlıq və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz çox sənaye məhsulu istehsal edilmiş, məhsul istehsalı neft-qaz sektorunda 0,6 faiz, qeyri neft-qaz sektorunda isə 8,7 faiz artıb.
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, sənaye məhsulunun 64 faizi mədənçıxarma sektorunda, 30,2 faizi emal sektorunda, 4,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
"Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 5,2 faiz artıb", - məlumatda qeyd olunur.
Oxşar xəbərlər
Azərbaycanda sənaye istehsalı 1 %-dən çox artıb
Azərbaycanda 8 ayda 42 milyard manatlıq sənaye məhsulu istehsal edilib
Azərbaycanda 7 ayda 37 milyard manatlıq sənaye məhsulu istehsal olunub
Azərbaycanda iqtisadi artım 4%-in üzərində olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
