Vopke Hoekstra: Biz 2030-cu ilə qədər bərpaolunan enerji tutumunu üç dəfə artıracağıq
sizinxeber.az xəbər saytı

Vopke Hoekstra: Biz 2030-cu ilə qədər bərpaolunan enerji tutumunu üç dəfə artıracağıq


Biz sürətli davranmalı və təmiz enerji hədəflərimizi real layihələrə çevirməliyik.

APA-Economics” xəbər verir ki, bunu Aİ-nin İqlim Fəaliyyəti üzrə komissarı Vopke Hoekstra "Bərpa olunan enerji mənbələrinin həcminin üç dəfə artırılması və enerji səmərəliliyinin ikiqat artırılması üçün investisiyaların genişləndirilməsi" mövzusunda nazirlərin dialoqu zamanı deyib.

"Ötən il Dubayda biz mədən yanacaqları dövrünün sona çatması ilə bağlı bir addım atdıq. Biz 2030-cu ilə qədər bərpaolunan enerji tutumunu üç dəfə artırmaq və enerji səmərəliliyini ikiqat artırmağı öhdəmizə götürdük.
Və mənim üçün bu öhdəlik həmişə sadəcə məqsəd deyil, səmimi desək, edə biləcəyimiz ən yaxşı investisiya olmuşdur. Bərpa olunan enerji yerli mənbədir, iş yerləri yaradır, müstəqilliyimizi möhkəmləndirir və artıq çirkləndirici alternativlərdən daha ucuzdur və bu məqsədlərə nail olmaq bu onilliyin sonuna qədər qlobal istixana qazı emissiyalarını 10 milyard ton azaldacaq. Bu, Avropa İttifaqının üç il ərzində emissiyalarının ümumi həcmindən çoxdur. Beləliklə, bu, həqiqətən iddialı bir vizyondur, amma düşünürəm ki, bunu etmək olar" - Vopke Hoekstra qeyd edib.

O xatırladıb ki, Aİ bərpa olunan enerji mənbələrinin sürətli inkişafı sayəsində ötən il emissiyaları 8 faiz azaldıb: "Bu gün Avropanın elektrik enerjisinin yarısından çoxu külək və günəş enerjisindən əldə edilir ki, bu rəqəm artıq bütün qalıq yanacaq növlərini üstələmişdir. Bununla belə, qlobal miqyasda vəziyyətə nəzər saldıqda, ötən il emissiyalar hələ də 1,3 faiz artıb”.

Oxşar xəbərlər

COP28 Enerji keçidinin direktoru: 2030-cu ilə qədər alternativ enerji mənbələri tapmalıyıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazir müavini: Azərbaycanın bərpa olunan enerji potensialı üç dəfədən çox artacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın yaşıl enerji sayəsində qənaət edəcəyi qazın həcmi açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan 2030-cu il üçün 7 Gwt yaşıl enerji istehsal edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Braziliya XİN katibi: Bərpa olunan enerji ilə bağlı ölkələrə həll yolları təqdim etməyə hazırıq [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər