Türkmənistan qaz təchizatı məsələsində əsas şərtini açıqlayıb
Türkmənistanın “Türkmənqaz” dövlət şirkəti üçün qaz satışında əsas şərt tədarükün kommersiya tərəfidir (qiymət məsələsi, kommersiya səmərəliliyi – red.).
“Sizinxeber.az-Economics”in “TASS”a istinadən verdiyi məlumata görə, bunu “Türkmənqaz”ın sədri Məqsət Babayev deyib.
“”Türkmənqaz” üçün tədarükün başlanması, bərpası və ya dayandırılması üçün əsas şərt kommersiya tərəfidir. Alqı-satqı müqavilələrinə məhz fayda, qarşılıqlı faydalı əməkdaşlıq nöqteyi-nəzərindən baxılır. Bu gün müxtəlif tərəfdən - şimaldan, qərbdən, şərqdən tələbatımız artır”, - Məqsət Babayev qeyd edib.
O vurğulayıb ki, şirkət, demək olar ki, hər gün müxtəlif alıcılar və ölkələrlə (qazın satışı ilə bağlı – red.) danışıqlar mərhələsindədir.
Məqsət Babayev qeyd edib ki, “Türkmənqaz” və “Qazprom” arasında Türkməsintan qazının tədarükü ilə bağlı müqavilənin uzatmamasına səbəb tərəflər arasında qiymət məsələsində razılığın əldə olunmaması olub.
Oxşar xəbərlər
Çin öz vətəndaşlarını Livanı tərk etməyə çağırıb
Dünya Bankı Bakıda su üzrə kommersiya itkilərinin istiqamətlərini açıqlayıb
Avropa Liqasında Liqa mərhələsinin I turunun oyunları keçirilib
“Amazon”un vitse-prezidenti: Satışlarımızın 60%-ni üçüncü tərəflər həyata keçirir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
-
Süni intellekt yaxın aylarda istənilən müdafiəni sındıra biləcək
