Azad olunan ərazilərdə tikilən SES-lərin gücü 270 MVt-a bərabərdir - FOTO
Kiçik Qafqaz dağ silsiləsində formalaşan çaylar üzərində su elektrik stansiyalarının yaradılması prosesi sistemli şəkildə davam edir. Son bir ildə doqquz yerdə su elektrik stansiyası tikilib.
Sizinxeber.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr mərkəzinin rəisi Teymur Abdullayev deyib.
Onun sözlərinə görə, işğaldan azad olunan ərazilərdə indiyədək ümumi gücü 270 MVt olan 32 su elektrik stansiyası istismara verilib.
T.Abdullayev bildirib ki, sentyabrın 2-də Kəlbəcərdə açılışı olan “Zar” Kiçik Su Elektrik Stansiyasının gücü 4,3 MVt, “Toğanalı” Kiçik Su Elektrik Stansiyalarının gücü 4,1 MVt-dır: “Su elektrik stansiyalarının istismara verilməsi regionun yaşıl enerji potensialına xüsusi töhfə verir. Hər iki SES bir il ərzində inşa olunub. Bu stansiyalarda ən müasir texnologiyalardan istifadə etməklə turbin, generator və məsafədən idarəetmə üçün rəqəmsal avadanlıqlar quraşdırılıb. Stansiyalar 24 damarlı fiber-optik kabel xətləri ilə ölkənin mərkəzləşmiş optik kabel şəbəkəsinə və SCADA sisteminə inteqrasiya olunub.
“Zar” və “Toğanalı” KSES-lərdə ümumilikdə 25 milyon kilovat-saatadək yaşıl enerjinin istehsal olunması nəzərdə tutulur ki, bu da 5,5 milyon kubmetr təbii qaza qənaət edilməsi, 10 min tondan çox karbon emissiyasının qarşısının alınması deməkdir”.
Qeyd edək ki, Prezident İlham Əliyev sentyabrın 2-də Kəlbəcərdə “Zar” KSES-in açılışında iştirak edib və SCADA sistemi vasitəsilə Göygöl rayonunda “Toğanalı” KSES-in açılışını edib.
Oxşar xəbərlər
Teymur Abdullayev: Azad olunan ərazilərdə tikilən KSES-lərin ümumi gücü 270 MVt-dir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident Kəlbəcərdə “Zar” KSES-in açılışında iştirak edib, Göygöl rayonunda “Toğanalı” KSES-in açılışı olub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident Kəlbəcərdə “Zar” KSES-in açılışında iştirak edib, Göygöl rayonunda “Toğanalı” KSES-in açılışı olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zəngilanda 4 yeni SES-in tikintisinə başlanıldı [xfgiven_updateblue][/xfgiven_updateblue]
AEBA ekspertləri Ukrayna atom elektrik stansiyalarının yarımstansiyalarına baş çəkəcəklər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












