Avropada yanvarda təbii qaz 6%-ə yaxın bahalaşıb
Bu ilin yanvar ayında Avropada təbii qazın orta qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi, 27,9 kubmetr) 14,66 ABŞ dolları təşkil edib, bu da ötən ilin dekabr ayının göstəricisi ilə müqayisədə 5,8% çoxdur.
Bu barədə “APA-Economics” Dünya Bankının əmtəə qiymətləri üzrə aylıq hesabata istinadən xəbər verir.
Hesabata əsasən, ötən ilin dekabrında Avropada təbii qazın orta qiyməti 1 mln. BTU-ya görə 13,86 dollar təşkil edib.
Məlumata görə, yanvar ayında ABŞ-da təbii qazın orta qiyməti 1 mln. BTU-ya görə 4,1 dollar təşkil edib, bu da ötən ilin dekabrın göstəricisi ilə müqayisədə 35,8% çoxdur.
Bildirilir ki, 2024-cü ilin dekabrında ABŞ-da qazın 1 mln. BTU-ya üçün orta qiyməti 3,02 dollar səviyyəsində olub.
Xatırladaq ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.
Oxşar xəbərlər
Avropada təbii qazın qiyməti 550 dolları ötüb
Avropada təbii qazın qiyməti 450 dolları ötüb
Avropada qazın qiyməti 405 dolları ötüb
Avropada qazın qiyməti 450 dolları ötüb
Avropada qazın qiyməti 485 dolları ötüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













