Binəqədinin bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
sizinxeber.az xəbər saytı

Binəqədinin bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq


Mayın 9-da Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 110/35/6 kV-luq yarımstansiyada təmir-təftiş işləri aparılacaq.

"Azərişıq"dan "APA-Economics"ə verilən məlumata görə, yenidənqurma işi ilə əlaqədar saat 01:00-dan 04:00-dək Binəqədi kəndi və ətrafında yerləşən yeni yaşayış massivləri, Biləcəri qəsəbəsi Məmədoğlular, M. Aslanov, 10 May küçələri, eləcə də DSK yolu adlanan ərazinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Məlumata görə, təmir-təftiş işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Oxşar xəbərlər

Binəqədinin bəzi ərazilərində işıq olmayacaq
Biləcəriyə işıq verilməsində fasilə yaranacaq
Biləcərinin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Biləcərinin bəzi ərazilərində işıq olmayacaq
Biləcərinın bir hissəsində işıq olmayacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər