"Bitcoin"in qiyməti 80 min dollardan aşağı enib
Kriptovalyuta bazarında son sutkada əsas aktivlərdə eniş müşahidə olunub.
“Sizinxeber.az-Economics” xəbər verir ki, “CoinMarketCap”də “Bitcoin”in qiyməti son 24 saatda 1,63% azalaraq 79 552 dollara düşüb. “Ethereum”un qiyməti isə 1,87% azalaraq 2 279 dollara, BNB-nin qiyməti isə 0,55% azalaraq 639,6 dollara enib.
Qızılla bağlı rəqəmsal aktivlərdə əksinə, artım qeydə alınıb. “PAX Gold”un qiyməti 0,46% artaraq 4 710 dollara, “Tether Gold”un qiyməti isə 0,42% yüksələrək 4 708 dollara çatıb.
Digər kriptovalyutalar arasında “Bitcoin Cash”in qiyməti 2,44%, “Monero”nun qiyməti isə 4,60% azalıb. “Zcash” isə 6,11% bahalaşıb.
Kriptovalyuta bazarının kapitallaşması da ümumilikdə 0,75% azalaraq 2,66 trilyon dollara enib.
Analitiklərə görə, bazarda azalmanın əsas səbəbi investorların riskli aktivlərdən çıxaraq təhlükəsiz alətlərə, xüsusilə qızıl və qızıla indekslənmiş tokenlərə üstünlük verməsi, həmçinin Yaxın Şərqdə ABŞ–İran gərginliyi fonunda qeyri-müəyyənliyin artması ilə bağlıdır.
Oxşar xəbərlər
“Bitcoin”in qiyməti 76 min dollara yaxınlaşır
Kriptobirjada əsas aktivlərdə nisbi bahalaşma olub
Kriptobirjada artım: "Bitcoin”in qiyməti 74 min dolları ötüb
"Bitcoin" ucuzlaşıb
"Bitcoin"in qiyməti 75 min dolları ötüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
ASCO-nun "Süleyman Vəzirov" borudüzən gəmisi təmirdən sonra istismara qaytarılıb
-
Mərdəkanda dənizdə batan 4 nəfərdən 2-nin meyiti tapılıb - YENİLƏNİB
