Biləcəriyə işıq verilməsində fasilə yaranacaq
sizinxeber.az xəbər saytı

Biləcəriyə işıq verilməsində fasilə yaranacaq


Bu gün Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinə daxil olan ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq.

"Azərişıq"dan "APA-Economics"ə verilən məlumata görə, bu gün Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 630 kVA gücündə transformator yeni 1000 kVA gücündə transformatorla əvəz olunacaq.

Yenidənqurma işi ilə əlaqədar saat 11:00-dan 15:00-dək Biləcəri qəsəbəsi yeni yaşayış massivi, ATV binalarının ətrafı, Baş Dövlət Yol Polisi İdarəsinin aşağı hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir və yenidənqurma işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Oxşar xəbərlər

Binəqədinin bəzi ərazilərində işıq olmayacaq
Biləcərinin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Biləcərinın bir hissəsində işıq olmayacaq
Biləcərinin bəzi ərazilərində işıq olmayacaq
Bu gün Maştağa və Ramanada işıq kəsiləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər