Beynəlxalq Enerji Agentliyi qlobal neft tələbatı üzrə proqnozunu kəskin azaldıb
sizinxeber.az xəbər saytı

Beynəlxalq Enerji Agentliyi qlobal neft tələbatı üzrə proqnozunu kəskin azaldıb


Yaxın Şərqdəki münaqişə fonunda 2026-cı ildə gündəlik qlobal neft tələbatı öncə gözlənilən artım əvəzinə 84 min barelə yaxın azalacaq.

Bu barədə “Sizinxeber.az-Economics" Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatına istinadən xəbər verir.

Mart ayında IBEA 2026-cı ildə gündəlik qlobal neft tələbatının 644 min barel səviyyəsində artacağını gözləyirdi. Beləliklə, aprel ayının proqnoz göstəricisi mart ayındakı qiymətləndirmədən təxminən 730 min barel aşağıdır.

BEA həmçinin bildirir ki, proqnoza əsasən, gündəlik qlobal neft tələbatı 2026-cı ilin ikinci rübündə 1,5 mln. barel azalacaq. Bu, COVID-19 pandemiyası dövründən bəri ən böyük azalma olacaq. Lakin tədarük zəncirləri may ayından etibarən normallaşmağa başladıqca və makroiqtisadi perspektivlər yaxşılaşdıqca azalma tempi zəifləyəcək.

BEA-nın proqnozuna görə, 2026-cı ildə gündəlik qlobal neft tələbatı 104,259 milyon barel təşkil edəcək, bu isə 2025-ci ildəki 104,342 milyon barel göstəricisi ilə müqayisədə daha aşağıdır.

Oxşar xəbərlər

Beynəlxalq Enerji Agentliyi bu il üçün qlobal neft tələbi üzrə proqnozunu azaldıb
OPEC 2025-2026-cı illər üzrə qlobal neft tələbatı üzrə proqnozunu azaldıb
OPEC gündəlik qlobal neft tələbatı üzrə proqnozunu azaldıb
OPEC qlobal neft tələbatı üzrə proqnozunu azaldıb
OPEC qlobal neft tələbatı üzrə proqnozunu daha da azaldıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər