Sloveniya şirkətləri Azərbaycanın neft-qaz sektorunda iştirak edə bilərlər
Sloveniyanın aparıcı enerji şirkətləri Azərbaycanın neft-qaz sektorunda geniş əməkdaşlığa dəvət olunublar.
“APA-Economics” xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
“Lyublyana şəhərində Sloveniyanın ətraf mühit, iqlim və energetika naziri Bojan Kumerin müşayiəti, “Geoplin” şirkətinin icraçı direktoru Simon Urbancl, “Petrol Group” şirkətinin İdarə Heyətinin prezidenti Sašo Berger, “Plinovodi” şirkətinin icraçı direktoru Marjan Eberlinc və “HSE” şirkətinin icraçı direktoru Tomaž Štokeljinin iştirakı ilə #enerji sektorunun müxtəlif istiqamətləri üzrə əməkdaşlığın inkişafına dair səmərəli müzakirələr apardıq. Sloveniyanın aparıcı enerji şirkətlərini Azərbaycanın neft-qaz sektorunda geniş əməkdaşlığa, eləcə də yaşıl enerji layihələrində həm investor, həm də alıcı qismində iştiraka dəvət etdik”, - paylaşımda qeyd olunur.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Davosda “OliverWyman Group” şirkətinin Baş icraçı direktoru ilə görüşüb - FOTO
Dövlət Neft Fondu İtaliyadakı investisiya portfelinin həcmini açıqlayıb
Prezident İlham Əliyev İtaliyanın “Ansaldo Energia” şirkətinin baş icraçı direktoru ilə görüşüb - YENİLƏNİB
Romada Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub - YENİLƏNİB
Prezident İlham Əliyev “Schlumberger Overseas S.A” şirkətinin baş icraçı direktorunu qəbul edib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













