“Azərlotereya” “Bakı Marafonu-2025”də - FOTO
“Azərlotereya” bu il də ənənəsinə sadiq qalaraq “Bakı Marafonu–2025”ə tərəfdaş qismində qatılaraq ölkədə sağlam həyat tərzinin təbliğinə yönəlmiş bu nüfuzlu layihəyə dəstəyini davam etdirib.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Küləyə qalib gəl” şüarı altında keçirilən yarışda 28 minədək iştirakçı qeydiyyatdan keçmişdi. Artıq 8-ci dəfə baş tutmuş marafon ölkədə idmanın inkişafına, sağlam yaşam tərzinin təşviqinə xidmət edir.
Marafonun əyləncə zonasında qurulan “Azərlotereya” stendi ziyarətçilərin marağına səbəb olub. Burada iştirakçılar üçün müxtəlif dinamik oyunlar təşkil olunub, qaliblərə hədiyyələr təqdim edilib.
Marafonun start və finiş nöqtəsi ötən illərdə olduğu kimi bu dəfə də Dövlət Bayrağı Meydanı olub. İştirakçılar 21 kilometrlik məsafəni qət ediblər.
Yarış Azərbaycan vətəndaşları ilə yanaşı, ölkədə yaşayıb-çalışan əcnəbilər və digər ölkələrin vətəndaşlarının fəal iştirakı ilə yadda qalıb.
Ölkənin rəsmi lotereya təşkilatçısı və idman mərc oyunları operatoru olan “Azərlotereya” korporativ sosial məsuliyyət strategiyası çərçivəsində ölkə əhəmiyyətli tədbirlərə dəstəyini hər zaman davam etdirəcək.
Oxşar xəbərlər
"Bakı Marafonu"nda rekord iştirakçı qeydiyyatdan keçib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakı Marafonu 2025”-ə start verilib - FOTOLENT [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Bakı Marafonu 2025”in qalibləri müəyyənləşib - FOTOLENT - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Bakı Marafonu-2025”in mükafatlandırma mərasimi keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Bakı Marafonu 2025” “Azercell Telekom”un eksklüziv tərəfdaşlığı ilə keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












