"Bakı Marafonu-2025”in mükafatlandırma mərasimi keçirilib
“Bakı Marafonu-2025”in mükafatlandırma mərasimi keçirilib.
APA xəbər verir ki, “Küləyə qalib gəl” devizi ilə baş tutan marafonun mükafatlandırma mərasimi iki kateqoriyada olub.
Marafonun kişi və qadın iştirakçıları qaçış zolağında ilk 3 yer uğrunda mübarizə aparıb. Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi 3 000 AZN, 2-ci yerin qalibi 2 000 AZN, 3-cü yerin qalibi isə 1 000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunub. Finiş xəttini keçən ilk 2000 iştirakçı da “Bakı Marafonu 2025”in medalları ilə mükafatlandırılıb. Bununla yanaşı, bütün marafon iştirakçılarına və yarışın təşkilində dəstək göstərən könüllülərə sertifikatlar təqdim olunub.
Bundan əlavə, qadın və kişi kateqoriyası üzrə finiş xəttini ilk keçən tələbələr arasında “Gənc ol” (Azercell), eləcə də “Finiş xəttini ilk keçən ən yaşlı iştirakçı”, “Finiş xəttini ilk keçən korporativ iştirakçı” nominasiyalarında da mükafatlar təqdim edilib. Marafon iştirakçıları, şəhər sakinləri və qonaqlar üçün Dövlət Bayrağı Meydanında ənənəvi olaraq əyləncə zonası da yaradılıb. Burada müxtəlif əyləncələr, yarışlar, idman tədbirləri keçirilib, sevimli ifaçıların iştirakı ilə musiqili proqram təşkil olunub.
Qeyd edək ki, marafona 400-dən çox könüllü cəlb edilib. Regionlardan 500 nəfər RİİB (Regional İnkişaf İctimai Birliyi) könüllüsü isə iştirakçı kimi marafona qatılıb.
Oxşar xəbərlər
"Bakı Marafonu"nda rekord iştirakçı qeydiyyatdan keçib [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Bakı Marafonu 2025”in qalibləri müəyyənləşib - FOTOLENT - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakı Marafonu 2025”-ə start verilib - FOTOLENT [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Bakı Marafonu 2025” “Azercell Telekom”un eksklüziv tərəfdaşlığı ilə keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Bakı Marafonu 2025” ilə əlaqədar sabah yollarda hərəkət tam məhdudlaşdırılacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












