KƏŞ rəsmisi: Azərbaycanla iqtisadi əməkdaşlığın artırılması üçün böyük potensial var
sizinxeber.az xəbər saytı

KƏŞ rəsmisi: Azərbaycanla iqtisadi əməkdaşlığın artırılması üçün böyük potensial var


Azərbaycanla Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv ölkələri arasında strateji tərəfdaşlığı gücləndirmək üçün böyük potensial var.

APA-Economics” xəbər verir ki, bunu Azərbaycan - Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrinin 2-ci iqtisadi forumunda çıxışı zamanı Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının (KƏŞ) Baş Katibinin İqtisadi və İnkişaf Məsələləri üzrə köməkçisi Xalid Bin Əli Əl Sunaidi deyib.

O bildirib ki, KƏŞ iqtisadi baxımdan böyük əhəmiyyətə malik təşkilatdır:” Üzv ölkələrin ÜDM-nin həcmi 2023-cü ildə 2,2 trilyon dollara bərabər olub. Bu isə KƏŞ ölkələrini İnkişaf etmiş dünya ölkələri sırasına daxil edir. KƏŞ ölkələrinin suveren fondalarının aktivlərinin həcmi 4,4 trilyon dollara bərabərdir ki, bu da dünyada 100 suveren fondun aktivlərinə bərabərdir. KƏŞ ölkələrinin ümumi ticarət dövriyyəsi isə 1,5 trilyon dollardan çoxdur. Bütün bunlar isə təşkilatın iqtisadi əhəmiyyətindən xəbər verir”.

Xalid Bin Əli Əl Sunaidi həmçinin əlavə edib ki, üzv ölkələrlə Azərbaycan arasında 2024-2028-ci illər üzrə ortaq fəaliyyət planı müxtəlif sahələrdən strateji əməkdaşlıq üçün böyük əhəmiyyət daşıyır.

Oxşar xəbərlər

Qətər rəsmisi: Azərbaycanda uğurlu investisiya layihələri yaratmağa çalışırıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda Azərbaycan-Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin iqtisadi forumu keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
The Economist: BRICS+ iqtisadiyyatı 2045-ci ildən G7-ni qabaqlayacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şarl Mişel Körfəz ölkələrinə səfər edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev: Atdığımız bütün addımlar əsas məqsədi güdür: iqtisadi və siyasi müstəqilliyimizi daha da gücləndirmək [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər