Elgin Cümşüdov "AccessBank"ın Baş Satış İnzibatçısı vəzifəsinə təyin edilib
"AccessBank" QSC-də yeni struktur dəyişiklikləri baş verib.
İyunun 1-dən Elgin Cümşüdov Bankın Baş Satış İnzibatçısı vəzifəsinə təyin edilib.
E.Cümşüdovun "AccessBank"da 20 illik peşəkar iş təcrübəsi var. O, bundan əvvəl Kredit Back Office Departamentinin rəhbəri, Qeyri-Kredit Məhsulları və Bank Xidmətləri üzrə Direktor vəzifələrində çalışıb. Ardınca isə Pərakəndə Bankçılıq Departamentinin rəhbər müavini, son təyinata qədər isə həmin Departamentin rəhbəri vəzifəsində fəaliyyət göstərib.
E.Cümşüdov bakalavr təhsilini Prezident yanında Dövlət İdarəçilik Akademiyasında, magistr təhsilini isə Azərbaycan Dövlət İqtisad Universitetində alıb.
"AccessBank" Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 22-i bölgələrdə olmaqla, 36 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: .
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (, , ) müraciət edə bilərsiniz.
*AccessBank" Azərbaycan Mərkəzi Bankınımn verdiyi 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 3 ünvanında yerləşir.
Oxşar xəbərlər
Elgin Cümşüdov AccessBank-ın Baş Satış İnzibatçısı vəzifəsinə təyin edilib
“AccessBank” 22 yaşını qeyd edir
"AccessBank"da artıq 12 aya pulunuzun üstünə 12+0,25 % gəlir
"AccessBank" MKOS-ların dəstəklənməsi üçün EBRD-dən 10 milyon dollar əlavə maliyyə vəsaiti cəlb edib
"AccessBank" 2024-cü il üzrə maliyyə hesabatını açıqlayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi












