Elgin Cümşüdov AccessBank-ın Baş Satış İnzibatçısı vəzifəsinə təyin edilib
AccessBank-da yeni struktur dəyişiklikləri baş verib. 1 iyun 2025-ci il tarixindən etibarən Elgin Cümşüdov bankın Baş Satış İnzibatçısı vəzifəsinə təyin edilib.
“Sizinxeber.az-Economics”ın xəbərinə görə, Elgin Cümşüdovun AccessBank-da 20 illik peşəkar təcrübəsi var. O, bundan öncə Kredit Back Office Departamentinin rəhbəri, Qeyri-Kredit Məhsulları və Bank Xidmətləri üzrə Direktor vəzifələrində çalışıb. Ardınca isə Pərakəndə Bankçılıq Departamentinin rəhbər müavini, son təyinata qədər isə həmin Departamentin rəhbəri vəzifəsində fəaliyyət göstərib.
Elgin Cümşüdov bakalavr təhsilini Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında, magistr təhsilini isə Azərbaycan Dövlət İqtisad Universitetində alıb.
Oxşar xəbərlər
Təhsil Tələbə Krediti Fonduna yeni sədr təyin edilib
AZCON-da daha 2 departamentə direktor təyin edilib
Qarabağ Universitetinə yeni prorektor təyin edilib
Gəncədəki Regional Kollecə yeni direktor və müavin təyin olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
