Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarının tərkibi açıqlanıb
sizinxeber.az xəbər saytı

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarının tərkibi açıqlanıb


2024-cü ilin sonuna Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatlarının 87%-ni ABŞ dolları, 3%-ni avro, 2%-ni Çin yuanı, 1%-ni İngiltərə funt-sterlinqi, 7%-ni isə XBH (Beynəlxalq Valyuta Fondunun xüsusi borcalma hüquqları) təşkil edib.

Bu barədə "Report"a qurumdan bildirilib.

Məlumata görə, ötən il qurumun valyuta ehtiyatları hər bir tranşın və alt-portfellərin məqsədlərinə uyğun olaraq seçilmiş bençmarklar əsasında, xarici ölkələrin investisiya dərəcəli kredit reytinqinə malik dövlət və kvazi-dövlət borc öhdəliklərinə investisiya edilməklə idarə edilib, daxili idarəetmə ilə yanaşı, xarici menecerlərlə əməkdaşlıq davam etdirilib.

Bütövlükdə, valyuta ehtiyatları yüksək gəlirlilik və geosiyasi/geoiqtisadi reallıqlardan irəli gələn yüksək qeyri-müəyyənlik mühitində, pul siyasətinin dəstəklənməsinə xidmət edən əməliyyat tranşı və gəlirliliyin artırılması məqsədilə saxlanılan investisiya tranşına bölünməklə idarə edilib, alternativ valyutalara investisiya edilməsi istiqamətində işlər aparılıb.

Oxşar xəbərlər

“S&P": AMB-nin valyuta ehtiyatları gələn il 150 milyon dollar artacaq
IMF 2031-ci ilə qədər Azərbaycanın strateji valyuta ehtiyatları ilə bağlı proqnozları açıqlayıb
Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 3 %-dən çox artıb
Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 27 % artıb
Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 5 %-dən çox azalıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər