

Azərbaycanın xarici maliyyə institutlarına ayırdığı vəsaitin həcmi məlum olub
Ötən il Azərbaycanın beynəlxalq və regional maliyyə institutlarının səhm kapitalında iştirakla bağlı dövlət büdcəsindən 4,9 milyon manat vəsait istifadə edilib.
“Sizinxeber.az-Economics” xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası barədə illik hesabat”da əksini tapıb.
Bu vəsaitin 1,6 milyon manatı Asiya İnkişaf Bankına, 1,3 milyon manatı İslam İnkişaf Bankına, 2 milyon manatı isə Beynəlxalq Maliyyə Korporasiyasına (IFC) yönəldilib.
Beynəlxalq və regional təşkilatlara üzvlük haqqı xərcləri üzrə isə 16,5 milyon manat xərclənib. BMT sisteminə aid olan qurumlar, proqramlar və konvensiyalara 5,4 milyon manat, İslam Əməkdaşlıq Təşkilatı və onun qurumlarına 1,3 milyon manat, Müstəqil Dövlətlər Birliyi (MDB) təşkilatlarına 1,2 milyon manat və digər beynəlxalq təşkilatlara 8,6 milyon manat vəsait istifadə edilib.
Oxşar xəbərlər
Ötən il COP29-a dövlət büdcəsindən ayrılan vəsaitin həcmi açıqlanıb
Ötən il "Formula 1"-ə 168 mln. manat xərclənib
Azad olunmuş ərazilərə ayrılmış vəsaitin 74,4%-i nəqliyyat infrastrukturuna yönəldilib
2024-cü il dövlət büdcəsinin xərclərinin icra vəziyyəti açıqlanıb
Rövşən Nəcəf AFFA-nın yeni prezidenti seçilib - YENİLƏNİR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
-
Ərdoğan: İlham Əliyevin sülhün də memarı olaraq adını tarixə yazdıracağına inanırıq
