"Bakı–Xankəndi" velosiped yarışının qalibi Yevgeni Fyodorov: "Birinci olmağım o qədər də önəmli deyildi"
sizinxeber.az xəbər saytı

"Bakı–Xankəndi" velosiped yarışının qalibi Yevgeni Fyodorov: "Birinci olmağım o qədər də önəmli deyildi"


"Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının ikinci mərhələsinin qalibi olan qazaxıstanlı Yevgeni Fyodorov üçün birinci yeri tutmaq elə də önəmli deyildi.

"Report"un turnirə ezam olunmuş əməkdaşının məlumatına görə, bu barədə idmançı mətbuat konfransında bildirib.

"Astana" komandasının üzvünün sözlərinə görə, kifayət qədər yaxşı mərhələ alınıb:

"Bütün təşkilatçılara təşəkkür edirəm. Yarışın əvvəlində aktivlik var idi. Bizim komandada əsas məqsəd komandadan kiminsə qalib gəlməsi idi. Mənim birinci olmağım o qədər də önəmli deyildi. Bu gün mənim üçün ən çətin an yoxuşları qalxmaq oldu"

O, növbəti günlərdə də mübarizə aparmağa çalışacağını sözlərinə əlavə edib.

Oxşar xəbərlər

"Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının ikinci mərhələsinin medalçıları mükafatlandırılıb
Bu gün "Bakı–Xankəndi" velosiped yarışının ikinci mərhələsi keçiriləcək
Bakı-Xankəndi velosiped yarışının mükafat fondu 50 min avrodan çoxdur
Azərbaycan boksçusu: Bu gün mənim günüm deyildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər