Serbiya enerji sisteminə yönələn təhdidlərə qarşı tədbirləri gücləndirir
Serbiya enerji sisteminə yönələn təhdidlərə qarşı tədbirləri gücləndirir və gələcəkdə ilk növbədə qanunvericilik çərçivəsində islahatları davam etdirəcək.
"Sizinxeber.az"un Balkan bürosu xəbər verir ki, bunu Serbiyanın mədənçilik və energetika naziri Dubravka Cedoviç Handanoviç Belqrad Enerji Forumunun açılışında bildirib.
O qeyd edib ki, qanunlara edilən dəyişikliklərlə hansı addımların atılmasının vacib olduğu, obyektlərin tikintisi üçün hansı məkanların daha uyğun olduğu və ötürücü sistemi daha da gücləndirmək üçün əlavə nə etmək lazım olduğu müəyyənləşdirilir: "Eyni zamanda, dayanıqlı və təhlükəsiz enerji sisteminin qorunmasına xüsusi diqqət ayırırıq. Elektrik enerjisinin təchizatına gəlincə, vəziyyət sabitdir. Ötən müddətdə yeni istehsal gücləri istifadəyə verilib, o cümlədən bərpa olunan enerji mənbələri sahəsində mühüm addımlar atılıb".
Nazir vurğulayıb ki, Serbiyada bərpa olunan enerji mənbələri üzrə ümumi istehsal gücü son 4 ildə 420 meqavatdan bu gün 1200 meqavata çatıb, yəni təxminən üç dəfə artıb: "Təkcə ötən illə müqayisədə bu sahədə güclər təxminən 40 % artıb. Bu isə dövlətin böyük səylərinin və ciddi işinin nəticəsidir. Biz daha yaşıl və daha müasir enerji sisteminə doğru irəliləyirik, eyni zamanda elektrik şəbəkəsinə və enerji infrastrukturuna mühüm investisiyalar yatırmağa davam edirik ki, sistemimiz sabit və təhlükəsiz qalsın. Bu o deməkdir ki, bərpa olunan enerji mənbələrini sistemə nəzarətli şəkildə inteqrasiya edirik".
Handanoviç əlavə edib ki, "enerji keçidi" üçün ən vacib məsələ sistemin dayanıqlığı və vətəndaşlarının gündəlik fəaliyyətinin təhlükəsizliyidir: "Bundan əlavə, Serbiyada bərpa olunan enerji mənbələri sahəsində strateji və qanunvericilik siyasətinin həyata keçirilməsi üzrə Enerji Birliyinin Katibliyinin 2025-ci il hesabatına görə uyğunluq səviyyəsi təxminən 80 % olub ki, bu da Enerji Birliyinin üzv tərəfləri arasında ən yüksək göstəricidir. Biz Avropa Komissiyasının təsdiqini gözləyirik. Çünki Avropa İttifaqının tənzimləmələrinə uyğunlaşmışıq, lakin bunu Avropa Komissiyasının da rəsmən təsdiqləməsi lazımdır. Enerji Birliyi çərçivəsində ən vacib məsələlərdən biri elektrik enerjisi bazarının inteqrasiyasıdır və bu, bizim əsas məqsədimiz olaraq qalır".
Oxşar xəbərlər
Serbiya bərpa olunan enerji sahəsində Azərbaycanla praktiki əməkdaşlığa hazırdır
Djedoviç Handanoviç: "Serbiya Azərbaycandan keçəcək "yaşıl dəhliz"ə qoşulmağa hazırdır"
Azərbaycan və Moldova bərpa olunan enerji sahəsində əməkdaşlıq edəcək
Dubravka Djedoviç: “Serbiya bu qış Azərbaycandan qaz nəqlinin artırılması ilə enerji təhlükəsizliyini gücləndirəcək”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
-
DÇ-2026: Seneqal - İraq matçında üçüncü qol vurulub - YENİLƏNİR-5
