Rövşən Nəcəf AFFA-nın yeni prezidenti seçilib - YENİLƏNİR
sizinxeber.az xəbər saytı

Rövşən Nəcəf AFFA-nın yeni prezidenti seçilib - YENİLƏNİR


AFFA-nın növbəti Hesabat-Seçki Konfransı keçirilir.

Apasport.az xəbər verir ki, tədbirdə qurumun yeni prezidenti müəyyənləşib.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf AFFA-nın rəhbəri seçilib.



***

10:53


UEFA-nın 2023-cü ildə Azərbaycan klublarına ödədiyi vəsait müəyyənləşib.

Apasport.az xəbər verir ki, bu barədə AFFA-nın hesabatında bildirilib.

Avropa futbol qurumu ümumilikdə klublarımıza 23 milyon 222 min 116 manat ödəyib.

Bunlardan 15 milyon 197 min 96 manatı "Qarabağ"a, 2 milyon 196 min 52 manatı "Neftçi"yə, 1 milyon 951 min 89 manatı "Sabah"a, 1 milyon 587 min 66 manatı "Qəbələ"yə, 696 min 264 manatı "Zirə"yə, 569 min 991 manatı "Sumqayıt"a, 515 min 674 manatı "Şamaxı"ya, 508 min 884 manatı "Səbail"ə verilib.

***

10:35


AFFA-nın Hesabat-Seçki konfransı keçirilir.

Apasport.az xəbər verir ki, tədbirdə qurumun 2023-cü il üzrə gəlirləri açıqlanıb.

AFFA-ya ötən ildə ümumilikdə 35 milyon 617 min 445 manat vəsait daxil olub. Bunların 13 milyon manatı SOCAR-dan (AFFA Maliyyə dəstəyi), SOCAR-dan daha 6 milyon 475 min 873 manat isə Qrant müqavilə çərçivəsində ödənilib.

UEFA-dan 4 milyon 854 min 178 manat gəlir daxil olub. Digər vəsait isə sponsorlardan və FIFA-dan gəlib.

Daxil olan vəsaitlərin 36 faizi xarici mənbələr hesabında formalaşıb.

AFFA-nın ötən il üzrə xərcləri isə 27 milyon 957 min 622 manat olub. Burada yüksək məbləğ milli komandalara xərclənəndir. Yığmalara ümumilikdə 12 milyon 806 min 378 manat vəsait xərclənib.

***

10:22

AFFA-nın “Bulvar Marriott Hotel”də Hesabat-Seçki Konfransı keçirilir.

Apasport.az xəbər verir ki, tədbirin gündəliyinə 6 məsələ daxildir.

1. AFFA prezidenti tərəfindən iclasın açıq elan edilməsi
2. Konfransın tərkibinin yoxlanılması
3. AFFA-nın baş katibinin hesabat xarakterli məruzəsi
4. Maliyyə Hesabatları
5. Müstəqil auditorun hesabatı
6. AFFA prezidenti vəzifəsinə və İcraiyyə Komitəsinə seçkilərin keçirilməsi

Oxşar xəbərlər

UEFA-nın 2023-cü ildə Azərbaycan klublarına ödədiyi vəsait müəyyənləşib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əsas kapitala yönəldilmiş investisiya 16%-ə qədər artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rövnəq Abdullayev: Bundan sonra futbola rahat baxa bilərəm [xfgiven_updateblue][/xfgiven_updateblue]
FİFA prezidenti: "Rövnəq Abdullayev 16 il Azərbaycan futboluna uğurla xidmət edib" [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Qarabağ"ın prezidenti: Son anadək "Slaviya" ilə düşəcəyimizə ümid edirdim [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər