Təminat Fondu 5 bağlanmış bankın AMB-yə olan 14 milyon manat borcunu ödəyib
sizinxeber.az xəbər saytı

Təminat Fondu 5 bağlanmış bankın AMB-yə olan 14 milyon manat borcunu ödəyib


2024-cü ildə Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu ləğv prosesində olan 5 bankın dövlət zəmanətli borc öhdəliklərinin bağlanması məqsədilə Azərbaycan Mərkəzi Bankına (AMB) 13,8 milyon manat vəsait ödəyib.

"Report" bu barədə "2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə istinadən xəbər verir.

Sənədə əsasən, AMB həmin vəsaiti fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə "Atabank”, “Amrah Bank”, “NBC Bank”, “Muğan Bank” və “AGBank” ASC-lərə ayırıb. Lakin həmin bankların lisenziyaları ləğv edilib və onlar aldıqları vəsaiti geri qaytarmayıblar.

Həmçinin ötən il qanunvericiliyin tələblərinə uyğun olaraq bir sıra vaxtı çatan öhdəliklərin, o cümlədən dövlət zəmanətli kreditlər üzrə əsas borcalanların üzərlərinə düşən öhdəliklərin yerinə yetirilə bilməməsi səbəbindən Təminat Fondundan 1 milyard 71,7 milyon manat xərclənib. Təkcə dövlətə məxsus “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatı (BOKT) “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin xeyrinə buraxdığı dövlət zəmanətli veksellər üzrə öhdəliklərini yerinə yetirmək məqsədilə Fonddan 69 milyon manat (40,6 milyon ABŞ dolları) vəsait alıb. Bununla yanaşı, “Aqrarkredit”in AMB qarşısındakı dövlət zəmanətli borcu üzrə hökumətin üzərinə götürdüyü öhdəliklər üzrə 2024-cü ilə düşən ödənişin yerinə yetirilməsi məqsədilə Fondun hesabından 150 milyon manat ödənilib.

Oxşar xəbərlər

Azərbaycan ötən il 1,3 milyard manat borc qaytarıb
Dövlət Sosial Müdafiə Fondu I yarımildə 275 milyon manat investisiya qoyub
Azərbaycanda 7 bağlanmış bankın əmlakları hərraca çıxarılır
Əmanətlərin Sığortalanması Fondu 2023-cü ildə 230 milyon manat kompensasiya ödəyib
Azərbaycanda 2 bağlanmış bankın 5 əmlakı hərraca çıxarılır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər