Azərbaycan ötən il 1,3 milyard manat borc qaytarıb
2024-cü ildə Azərbaycanın dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər 1 milyard 295,5 milyon manat təşkil edib.
“Sizinxeber.az” bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bundan daxili dövlət borcu üzrə 170,3 milyon manat (faiz borcu üzrə), xarici dövlət borcu üzrə isə 1125,2 milyon manat (əsas borc üzrə 850 milyon manat, faiz borcu üzrə 275,2 milyon manat) ödənilib.
dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı nəzərdə tutulmuş vəsait bundan 0,1 milyon manat çox olduğu üçün qənaət olunmuş məbləğ (bank xərci) “Dövlət borcu haqqında” qanuna uyğun olaraq “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu”na köçürülüb.
Xarici borclanma hesabına icrası davam etdirilən layihələr çərçivəsində vəsaitin istifadəsi üzrə təqdim edilmiş operativ məlumatlar və xarici dövlət borcu üzrə əsas borc ödənişləri nəzərə alınmaqla, 1 yanvar tarixinə xarici dövlət borcunun səviyyəsi 5 milyard 160 milyon ABŞ dolları və yaxud 2024-cü il üzrə ÜDM-in 6,9 %-ni təşkil edir.
Dövlət qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi və “Dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”sına uyğun olaraq xarici borcun daxili borcla əvəzlənməsi istiqamətində məqsədyönlü daxili borclanma siyasətinin həyata keçirilməsi nəticəsində daxili dövlət borcunun səviyyəsi operativ məlumatlara əsasən 2025-ci il 1 yanvar tarixinə 18 milyard 659,7 milyon manat təşkil edib.
Oxşar xəbərlər
Bu il 1,1 mlrd. manatdan artıq xarici dövlət borcu qaytarılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcüstanın xarici dövlət borcu ilk dəfə 9 milyard dolları keçib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın ümumi dövlət borcu 2025-ci ilin əvvəlində 28 milyard manatı ötəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gələn il dövlət borcuna 2.5 milyard manatdan çox vəsait yönəldiləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan 9 ayda 1 milyard manatdan çox borc qaytarıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"
-
Prezident İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib












