Ermənistanın dövlət borcu bu il 6 %-ə yaxın artıb
sizinxeber.az xəbər saytı

Ermənistanın dövlət borcu bu il 6 %-ə yaxın artıb


Ermənistanın dövlət borcu bu ilin aprel ayının əvvəlinə 5,32 trilyon dram təşkil edib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə maliyyə naziri Vahe Hovanisyan bu gün keçirilən mətbuat konfransında bildirib.

Məlumata görə, bu rəqəm 2024-cü ilin sonuna olan göstərici ilə müqayisədə 4,4 % çoxdur. Dollar ifadəsində borc 5,8 % artaraq, 13,581 milyard ABŞ dollarına çatıb.

Dövlət borcunun ÜDM-ə nisbəti ötən illə müqayisədə 0,1 % azalıb.

Nazir həmçinin bildirib ki, daxili borcun payı artaraq 50 % təşkil edib

Ötən ilin sonuna dövlət borcu təxminən 5,93 trilyon dram (12,8 milyard ABŞ dolları) təşkil edib. Nominal ifadədə bu, 2023-cü ilin sonu ilə müqayisədə 6,2 % artıb, lakin ÜDM-ə nisbətdə demək olar ki, dəyişməyib - 48,3 %, bu da bir il öncəki göstəricidən 0,1 faiz bəndi aşağıdır.

Oxşar xəbərlər

Almaniyanın daxili dövlət borcu ötən il rekord həddə çatıb
Çexiyanın dövlət borcu ilin əvvəlindən təxminən 10 milyard dollar artıb
Gürcüstanın xarici dövlət borcu ilk dəfə 9 milyard dolları keçib
Ermənistanın xarici borcu 13,6 milyard dollar olub, daxili borcun həcmi 50 faiz artıb
Ermənistanda 2025-ci il üçün dövlət büdcəsində müdafiə xərcləri 20 % artırılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər