ABB mobile tətbiqi daha da etibarlı oldu
sizinxeber.az xəbər saytı

ABB mobile tətbiqi daha da etibarlı oldu


ABB yeni təhlükəsizlik tədbirləri ilə ABB mobile tətbiqinin etibarlılığını maksimum səviyyəyə yüksəldir. Müştərilərin vəsaitlərinin təhlükəsizliyi üçün tətbiqdə qeydiyyat prosesi daha da gücləndirilib. Artıq qeydiyyata SİMA identifikasiyası da əlavə olunub. Belə ki, tətbiqdə qeydiyyatdan keçmək istəyən hər bir istifadəçi kimliyini SİMA ilə də təsdiqləməlidir. Bu isə ikili autentifikasiya yaradaraq müştərilərin vəsaitlərini fırıldaqçılıq cəhdlərindən qoruyur. ABB mobil tətbiqinin hər bir istifadəçisi bu imkandan istifadə edə bilər.

Qeyd edək ki, ABB mobile tətbiqi Beynəlxalq Standartlaşdırma Təşkilatının (International Organization for Standardization - ISO) ISO:IEC 27001:2022 sertifikatına malikdir. “İnformasiya Təhlükəsizliyi İdarəetmə Sistemi Sertifikatı” adlanan bu sənəd tətbiqin bir çox meyarlar üzrə ətraflı təhlillərindən sonra ötən ilin sonlarında təqdim olunub. Bu beynəlxalq sertifikat da ABB mobile tətbiqi istifadəçilərinin məlumatlarının ən yüksək səviyyədə mühafizə edildiyini göstərir.

ABB mobile 2020-ci ildən müştərilərin istifadəsindədir. Hazırda tətbiqin 2 milyona yaxın istifadəçisi var. ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Oxşar xəbərlər

ABB mobile tətbiqi yüksək təhlükəsizlik sertifikatı alıb
“ADY Mobile” tətbiqinin yüklənmə sayı 180 minə çatıb
“Azercell Biznes” rəqəmsal sənədləşmə imkanını təqdim edib
“SİMA İmza” ilə kredit müqaviləni məsafədən imzala!
“SİMA İmza” beynəlxalq mükafata layiq görülüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər