PAŞA Sığorta-nın rəhbərliyində dəyişiklik olub
sizinxeber.az xəbər saytı

PAŞA Sığorta-nın rəhbərliyində dəyişiklik olub


Ölkənin qabaqcıl sığorta şirkətlərindən olan PAŞA Sığortanın İdarə Heyəti sədrinin müavini Tural Əliyev PAŞA Property Management şirkətinin Baş direktoru vəzifəsinə təyin olunub.

Şirkətdən "Sizinxeber.az-Economics"ə verilən məlumata görə, Tural Əliyev PAŞA Sığorta şirkətində 17 ildən artıq fəaliyyət göstərərək müxtəlif rəhbər vəzifələrdə çalışıb və bu müddət ərzində şirkətin inkişafında mühüm rol oynayıb. O, PAŞA Sığortanın bazardakı mövqeyinin möhkəmlənməsinə əhəmiyyətli təsir göstərib.

Tural Əliyev PAŞA Sığortadakı vəzifəsindən ayrılaraq, 1 may 2025-ci il tarixindən etibarən yeni vəzifəsini icra edəcək.

Oxşar xəbərlər

“PAŞA Həyat” İH sədrinin I müavini vəzifəsindən ayrılıb
PAŞA Sığorta 128 uşağın arzularını gerçəkləşdirib
PAŞA Sığorta “GüclüSən” layihəsi çərçivəsində 120 xanıma ödənişsiz müayinə hədiyyə edib
PAŞA Sığorta icbari əmlak sığortalı müştərisinə 14 850 AZN ödəniş edib
PAŞA Sığorta “COP-29 İnsan Resursları” Forumunda mükafatlara layiq görülüb - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər