Hüseyn Hüseynov: "2030-cu ilədək "yaşıl iqtisadiyyat" sektorunun dəyəri 4 trilyon dolları ötəcək"
sizinxeber.az xəbər saytı

Hüseyn Hüseynov: "2030-cu ilədək "yaşıl iqtisadiyyat" sektorunun dəyəri 4 trilyon dolları ötəcək"


2022-ci ildə "yaşıl iqtisadiyyat" sektorunun dəyəri təxminən 1,5 trilyon ABŞ dolları təşkil edirdisə, 2030-cu ilə qədər bu rəqəmin 4 trilyon ABŞ dollarını ötəcəyi proqnozlaşdırılır.

“Report” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri Hüseyn Hüseynov Ümumdünya Əməyin Mühafizəsi Günü və ilk kollektiv müqavilənin 120 illiyinə həsr olunmuş “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda keçirilən konfransda bildirib.

Onun sözlərinə görə, Beynəlxalq Enerji Agentliyinin proqnozlarına əsasən, 2025-ci ilə qədər təmiz enerji bazarının həcminin 1,5 trilyon ABŞ dollarına çatacağı gözlənilir. “Eyni zamanda, süni intellekt texnologiyalarının tətbiqi sayəsində 2025-ci ilə qədər karbon emissiyalarının izlənilməsi prosesi 50 % daha sürətli və dəqiq həyata keçirilir. Biz bu qlobal trendlərdən geri qala bilmərik. Bununla bağlı artıq strateji sənədlər hazırlanıb və inkişaf istiqamətləri müəyyən edilib”, - deyə H. Hüseynov vurğulayıb.

Oxşar xəbərlər

Yaxın 15 ildə dünyada yaşıl iqtisadiyyatın həcmi 4 trilyon dolları keçəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
2025-2030-cu illərdə iqlim dəyişmələrinin yaradacağı maliyyə çatışmazlığı açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dünya Bankı iqlim dəyişikliyinin kənd təsərrüfatına və sağlamlıq xərclərinə təsirini qiymətləndirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fariz Cəfərov: “Qlobal süni intellekt bazarı 2026-cı ilə qədər 500 milyard dollara çatacaq” [xfgiven_updateblue][/xfgiven_updateblue]
IAIS: Qlobal sığorta bazarının aktivləri 40 trilyon dollara çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər