IAIS: Qlobal sığorta bazarının aktivləri 40 trilyon dollara çatıb
sizinxeber.az xəbər saytı

IAIS: Qlobal sığorta bazarının aktivləri 40 trilyon dollara çatıb


Bu il qlobal sığorta bazarının cəmi aktivləri müsbət bazar meyillərinin təsiri ilə 2,7 % artaraq 40 trilyon ABŞ dollarına çatıb.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasının (IAIS) hesabatında bildirilir.

Sənədə əsasən, hesabat dövründə sığorta bazarının cəmi öhdəlikləri 2,4 % artaraq 34 trilyon ABŞ dolları olub. Öhdəliklərdəki artımın əsas səbəbi mükafatlarla bağlıdır.

Sığortaçıların ödəmə qabiliyyəti və gəlirlilik mövqeləri, güclü anderraytinq performansı və möhkəm investisiya gəlirlərinin təsiri ilə sabit qalıb. Onların mənfəətliliyi güclü kapital və əlverişli maliyyə bazarı şərtləri ilə dəstəklənib. 2024-2025-ci illərdə sığorta sektorunun mənfəətliliyinin sabit qalacağı və yaxud artacağı gözlənilir.

Oxşar xəbərlər

Azərbaycanın sığorta sektorunun aktivləri 2 milyard manata yaxınlaşıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın sığorta bazarı 10%-ə yaxın böyüyüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Lloyd's of London": Yeni pandemiya 13,6 trilyon dollar iqtisadi itkilərə səbəb ola bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ziya Əliyev: "Azərbaycanda icbari sığorta üzrə penetrasiya səviyyəsını 100 %-ə çatdırmaq mümkündür" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın investisiya şirkətlərinin aktivləri 200 milyon manatı keçib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər