Yaxın 15 ildə dünyada yaşıl iqtisadiyyatın həcmi 4 trilyon dolları keçəcək
2022-ci ildə yaşıl iqtisadiyyat sektorunun həcmi təxminən 1,5 trilyon ABŞ dolları dəyərində olub və 2030-cu ilə qədər bu rəqəmin 4 trilyon ABŞ dollarının üzərində artım göstərəcəyi proqnozlaşdırılır.
“Sizinxeber.az-Economics” xəbər verir ki, bunu"Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri" mövzusunda konfransda İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov deyib.
O bildirib ki, Beynəlxalq Enerji Agentliyinin məlumatına əsasən, 2025-ci ilə qədər təmiz enerji bazarının həcminin 1,5 trilyon ABŞ dollarına çatması proqnozlaşdırılırdı:
“Bununla yanaşı, süni intellekt texnologiyasının tətbiqi ilə 2025-ci ildə karbon emissiyalarının izlənilməsi prosesinin 50% daha sürətli və daha dəqiq təqdim olunması gözlənilir. Biz bu trendlərdən geri qala bilmərik. Bununla bağlı strateji sənədlər mövcuddur, strateji istiqamətlər müəyyənləşdirilib".
Oxşar xəbərlər
Hüseyn Hüseynov: "2030-cu ilədək "yaşıl iqtisadiyyat" sektorunun dəyəri 4 trilyon dolları ötəcək" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiyanın 2025-ci il büdcə kəsiri 10 milyard dolları keçəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
The Economist: BRICS+ iqtisadiyyatı 2045-ci ildən G7-ni qabaqlayacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
İqlim dəyişmələrinin yaratdığı maliyyə boşluğu 2,4 trilyon ABŞ dollarına çata bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
İcraçı direktor: Bu il qlobal süni intellekt bazarı 5 mlrd. dollara çatacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













