Azərbaycan ümumi dövlət xidmətləri xərclərini 17 %-dən çox azaldıb
sizinxeber.az xəbər saytı

Azərbaycan ümumi dövlət xidmətləri xərclərini 17 %-dən çox azaldıb


Bu ilin I rübündə Azərbaycanın dövlət büdcəsində ümumi dövlət xidmətləri xərcləri 98,1 % və yaxud 1 milyard 32,3 milyon manat icra olunub.

"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,2 % və yaxud 540,6 milyon manat azdır.

Hesabat dövründə ümumi dövlət xidmətləri xərcləri faktiki xərclərin 12,7 %-ni təşkil edib.

Xatırladaq ki, bu ilin dövlət büdcəsindən ümumi dövlət xidmətləri xərcləri üçün 5 milyard 261,7 milyon manat ayrılması nəzərə tutulub.

Oxşar xəbərlər

Azərbaycan I rübdə büdcə xərclərinin 3,4 %-ni səhiyyəyə yönəldib
Azərbaycan I rübdə təhsil xərclərini 9 % artırıb
Azərbaycan kənd təsərrüfatı xərclərini 2 %-dən çox azaldıb
Azərbaycan I rübdə büdcə xərclərinin 13 %-ni iqtisadi fəaliyyətə yönəldib
Azərbaycan müdafiə və milli təhlükəsizlik xərclərini 49 %-ə yaxın artırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər