Azərbaycandakı yağışlı hava şəraitində 800-ə yaxın sığorta hadisəsi qeydə alınıb
Bu il aprelin 15-16-da Azərbaycanda qeydə alınmış kəskin yağışlı hava şəraitində 800-ə yaxın sığorta hadisəsi qeydə alınıb.
Bu barədə "Sizinxeber.az"un sorğusuna cavab olaraq "Azərbaycan Sığortaçılar Assosasiyası" İctimai Birliyindən bildirilir.
Məlumata görə, sözügedən hadisələr nəticəsində sığortalanmış avtonəqliyyat vasitələrinə, o cümlədən daşınar və daşınmaz əmlaklara zərər dəyib. Yerli sığorta bazarı iştirakçılarından alınan və bu günə olan son dəqiq məlumatlara görə, baş vermiş hadisələrlə bağlı 8 sığorta şirkətinə ümumilikdə 769 müraciət daxil olub. Bu müraciətlərin 512-si “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü, 157-si “Daşınmaz əmlakın icbari sığortası” növü, 77-si “Kasko” sığorta növü, 21-i “Əmlakın yanğından və digər risklərdən sığortası” növü üzrə baş vermiş hadisələrlə əlaqədar olub. Bundan əlavə “Fərdi qəza sığortası” və “Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası” növlərinin hər biri üzrə isə 1 hadisə qeydə alınıb.
294 hadisə üzrə ehtimal olunan zərər məbləği 241 min 30 manat müəyyən olunub. Qalan 475 hadisə üzrə isə zərər qiymətləndirməsi prosesi davam edir. Hazırda daxil olmuş bütün müraciətlərə dair hadisələr tənzimləmə və zərər qiymətləndirilməsi mərhələsindədir və sığorta hadisəsi kimi tanınan hər bir hadisə üzrə sığorta ödənişlərinin həyata keçirilməsi nəzərdə tutulur. Bütün hadisələr üzrə qiymətləndirmə prosesi yekunlaşdıqdan sonra ümumi zərər məbləği həcminin 1 milyon manatı ötəcəyi ehtimal edilir.
Hesabat dövrü ərzində sığorta şirkətlərinə daxil olmuş müraciətlər üzrə hadisələrin 70 %-i paytaxt Bakıda, 30 %-i isə respublikanın digər bölgələrində qeydə alınıb.
Oxşar xəbərlər
ASA: Qarlı havada baş vermiş sığorta hadisələrinə görə 3 milyon manata yaxın ödəniş veriləcək
Azərbaycan sığortaçıları bayram günlərində 3 minə yaxın müraciət qəbul edib
ASA: Qeyri-hava ilə bağlı sığorta hadisələrinin sayı 800-ə çatıb
“Bakı Sığorta”nın lisenziyasının qüvvəsi məhdudlaşdırılıb
Qarlı havaya görə 4 mindən çox avtomobilə 3 mln. manatadək ziyan dəyib - Son rəqəmlər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
KMG və "Chevron" neftin Qazaxıstandan BTC ilə dünya bazarlarına tədarükünü müzakirə edib
-
Həftəsonu 41 mindən çox abituriyent qəbul imtahanı verəcək
-
Türk dünyasının birliyi sayəsində yüz il əvvəlki arzular bu gün reallığa çevrilir - RƏY
