Qarlı havaya görə 4 mindən çox avtomobilə 3 mln. manatadək ziyan dəyib - Son rəqəmlər
Qarlı hava şəraitində baş vermiş hadisələrə görə 3 milyon manata yaxın sığorta ödənişi nəzərdə tutulub.
Bu barədə "Sizinxeber.az-Economics"in sorğusuna cavab olaraq Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) bildirilib.
Qeyd edilib ki, cari ilin 21 fevral – 2 mart tarixləri aralığında ölkə ərazisində qeydə alınan intensiv qarlı və şaxtalı hava şəraiti nəticəsində bir sıra hadisələr qeydə alınıb. Sözügedən hadisələr nəticəsində sığortalanmış avtonəqliyyat vasitələrinə, o cümlədən daşınmaz əmlaklara zərər dəyib.
Son məlumatlara görə, ümumilikdə 7 sığorta şirkətinə sığortalanmış avtonəqliyyat vasitələri və daşınmaz əmlaklara dəymiş zərərlə bağlı ümumilikdə 4414 müraciət daxil olub. Bu müraciətlərin 3721-i “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü, 676-sı “Kasko” sığorta növü, 17-si isə “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə baş vermiş hadisələr ilə əlaqədar olub. Sektordan aldığımız məlumata görə, 3215 hadisə üzrə ehtimal olunan zərər məbləği 2 milyon 708 min 396 manat həcmində müəyyən olunub, 1199 hadisə üzrə isə zərər qiymətləndirməsi prosesi davam edir. Hazırda daxil olmuş bütün müraciətlərə dair hadisələr tənzimləmə və zərər qiymətləndirilməsi mərhələsindədir və sığorta hadisəsi kimi tanınan hər bir hadisə üzrə sığorta ödənişlərinin həyata keçirilməsi nəzərdə tutulur.
Əlavə edilib, sığorta şirkətlərinə daxil olmuş müraciətlər üzrə hadisələrin böyük əksəriyyəti paytaxt Bakıda qeydə alınıb.
Oxşar xəbərlər
ASA: Qarlı havaya görə 1500-ə yaxın avtomobilə 1 mln. manatadək ziyan dəyib
Daha bir sığorta şirkəti İcbari Sığorta Bürosunun üzvlüyündən çıxarılıb
Azərbaycanda sığorta şirkətinin lisenziyası məhdudlaşdırılıb
“Bakı Sığorta” ləğv edilir
Mərkəzi Bank 3 sığorta şirkətinə icrası məcburi göstəriş verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
DÇ-2026: Son tura start verilir
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
İsrail yeni lazer silahını təqdim etdi: 60 saniyədə 30 hədəf məhv edilir
-
Tusk: Polşanın müdafiə xərcləri ÜDM-in təxminən 7 %-nə çatıb
-
ABŞ Türkiyəyə 700 milyon dollar dəyərində qırıcı təyyarə mühərrikləri satmaq niyyətindədir
