Azərbaycan sığortaçıları bayram günlərində 3 minə yaxın müraciət qəbul edib
Azərbaycanda Novruz və Ramazan bayramları ilə əlaqədar qeyri-iş günlərində (20–31 mart) ölkədə fəaliyyət göstərən qeyri-həyat sığorta şirkətlərinə avtonəqliyyat vasitələrinə və daşınmaz əmlaklara dəymiş zərərlə bağlı ümumilikdə 2 634 müraciət daxil olub.
Bu barədə “Report”un sorğusuna cavab olaraq "Azərbaycan Sığortaçılar Assosiasiyası" İctimai Birliyindən bildirilib.
Məlumata görə, müraciətlərin 2 296-sı “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası”, 321-i “Kasko sığortası", 17-si isə “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə baş vermiş hadisələrlə bağlı olub.
“Müvafiq qeyri-iş günləri ərzində ölkəmizdə istər Novruz tonqallarına ehtiyatsız yanaşma səbəbilə, istərsə də vətəndaşların bayram səyahətləri zamanı bir sıra bədbəxt hadisələr qeydə alınmış, nəticədə sığortalanmış avtonəqliyyat vasitələrinə, o cümlədən daşınmaz əmlaklara ciddi zərər dəyib. Bu hadisələr üzrə ehtimal olunan ümumi təxmini zərər məbləği 2 milyon 550 min manat məbləğində müəyyən edilib. Hazırda daxil olan bütün müraciətlər üzrə hadisələrin tənzimlənməsi və zərərin qiymətləndirilməsi aparılır. Sığorta hadisəsi kimi tanınan hər bir hadisə üzrə ödənişlərin həyata keçirilməsi nəzərdə tutulur”, – deyə qurumdan bildirilib.
Oxşar xəbərlər
ASA: Qarlı havada baş vermiş sığorta hadisələrinə görə 3 milyon manata yaxın ödəniş veriləcək
Qarlı havaya görə 4 mindən çox avtomobilə 3 mln. manatadək ziyan dəyib - Son rəqəmlər
Qarlı havaya görə dörd mindən çox avtomobilə 3 mln. manatadək ziyan dəyib
“Bakı Sığorta”nın lisenziyasının qüvvəsi məhdudlaşdırılıb
ASA: Qarlı havaya görə 1500-ə yaxın avtomobilə 1 mln. manatadək ziyan dəyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
"APA Media Group"un 4 əməkdaşı MEDİA-nın müsabiqəsində qalib olub
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
KMG və "Chevron" neftin Qazaxıstandan BTC ilə dünya bazarlarına tədarükünü müzakirə edib
-
Həftəsonu 41 mindən çox abituriyent qəbul imtahanı verəcək
