Neft Fondunun investisiya portfeli 5 mlrd. dollardan çox artıb
sizinxeber.az xəbər saytı

Neft Fondunun investisiya portfeli 5 mlrd. dollardan çox artıb


2025-cü ilin mart 31-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) cəmi investisiya portfeli 62 milyard 449.5 milyon ABŞ dolları təşkil edib.

APA-Economics” xəbər verir ki, ümumi investisiya portfelinin 42.6%-ni istiqraz və pul bazarı alətləri ( 26 mlrd. 603.5 mln. dollar), 24.8%-ni səhmlər (15 mlrd. 487.5 mln dollar), 6.8%-ni daşınmaz əmlak (4 mlrd. 246.6 mln. dollar) 25.8%-ni isə qızıl ( 16.1 mlrd. dollar) təşkil edir.

Qeyd edək ki, cari ilin iyul ayının 1-nə investisiya portfelinin 29.8%-i Avropa, 26.2%-i Şimali Amerika, 11.8% Asiya, 0.8% Yaxın Şərq, 0.7%-i Avtraliya, 0.1%-i isə Cənubi Amerika regionunda cəmləşib.

Xatırladaq ki, ARDNF cəmi investisiya portfeli ötən ilin I rübü ilə müqayisədə 9.5% və ya 5 milyard 435.4 milyon ABŞ dolları artıb.

Oxşar xəbərlər

Dövlət Neft Fondunun səhm portfeli üzrə əldə etdiyi gəlirlərin həcmi məlum olub
Ötən ilin 9 ayında ARDNF 5,6 mlrd. manat reallaşdırılmamış gəlir əldə edib
AMB: Bu ilin ilk yarısında Azərbaycana 3 mlrd. dollara yaxın birbaşa xarici investisiya yatırılıb
Neft Fondunun investisiya portfelində ABŞ dollarının payı azalıb
Dövlət Neft Fondunun səhmlərdən əldə etdiyi gəlirlər 6,4 mlrd. dollara çatıb - EKSKLÜZİV

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər