Ötən ilin 9 ayında ARDNF 5,6 mlrd. manat reallaşdırılmamış gəlir əldə edib
Ötən ilin 9 ayı üzrə Dövlət Neft Fondu vəsaitlərinin idarə edilməsindən 3 282,3 milyon ABŞ dolları və ya 5 579,9 milyon manat (investisiya portfeli üzrə: 3 275,3 milyon ABŞ dolları və ya 5 568,0 milyon manat) məbləğində reallaşdırılmamış gəlir əldə edib.
“APA-Economics” xəbər verir ki, bu Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2025-ci il büdcəsinin layihəsinə Hesablama Palatasının rəyində əks olunub.
Fondun 2024-cü il üzrə qəbul edilmiş investisiya siyasətinə əsasən investisiya portfelinin aşağı uzaqlaşma intervalı maksimum 5% olmaqla 50%-i borc öhdəlikləri və pul bazarları alətlərindən, 25%-ə qədəri səhmlərdən (pay), 10%-ə qədəri yuxarı uzaqlaşma intervalı maksimum 2% olmaqla daşınmaz əmlakdan və 15%-ə qədəri isə yuxarı uzaqlaşma intervalı maksimum 3% olmaqla qızıl alt portfelindən ibarət olub.
Oxşar xəbərlər
ARDNF-in vəsaitindən istifadənin əsas istiqamətləri və investisiya siyasəti müəyyənləşib
ARDNF-in gələn il üçün investisiya siyasətinin əsas istiqamətləri açıqlanıb
Ötən il ARDNF daşınmaz əmlak portfeli üzrə 3.7% zərər edib
HP: ARDNF investisiya portfelinə daxil olan valyutaların 6-si üzrə zərər, 10 valyuta üzrə isə gəlir əldə edib - SİYAHI
Dövlət Neft Fondu bu il 25 tondan çox qızıl alıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













