Ziraat Bank Azərbaycanın Müşahidə Şurasına yeni müstəqil üzv təyin edilib
Dünyanın bir çox ölkəsində fəaliyyət göstərən "Ziraat Maliyyə Qrupu"nun tərkib hissəsi olan "Ziraat Bank Azərbaycan" ASC-nin Müşahidə Şurasına yeni müstəqil üzv təyin edilib.
“APA-Economics” xəbər verir ki, bank səhmdarlarının ümumi yığıncağının qərarına əsasən, Bülent Tekin "Ziraat Bank Azərbaycan" ASC-nin Müşahidə Şurasına müstəqil üzv seçilib. Bu təyinatla birlikdə Bankın Müşahidə Şurasının tərkibi 5 nəfərdən ibarət olub.
Yeni təyin edilən müstəqil üzv Bülent Tekin peşəkar karyerasına 1987-ci ildə T.C. “Ziraat Bankası”-nda başlamışdır. O, 1997-ci ildən etibarən müxtəlif rəhbər vəzifələrdə çalışmış və 2020-ci ildə təqaüdə çıxmışdır.
2025-ci il 9 Aprel tarixindən etibarən Bülent Tekin "Ziraat Bank Azərbaycan" ASC-nin Müşahidə Şurasının müstəqil üzvü kimi fəaliyyətə başlamışdır.
"Ziraat Bank Azərbaycan" ASC, 161 illik tarixə malik Türkiyə Respublikasının "Ziraat Maliyyə Qrupu"-nun üzvüdür. Bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində müasir məhsul və xidmətləri Bakı, Gəncə və Sumqayıtda yerləşən 10 filialı, Quba şöbəsi və eləcə də rəqəmsal platformalar vasitəsilə təqdim edir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı Bankın Instagram, X-platforması, Linkedin, YouTube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Oxşar xəbərlər
"Kapital Bank" və "Ziraat Bank Azərbaycan"ın rəhbərliyinə yeni təyinatlar olub
"Ziraat Bank Azərbaycan" ASC-nin Müşahidə Şurasına müstəqil üzv təyin edilib
“Ziraat Bank Azərbaycan”ın Müşahidə Şurasına yeni sədr təyin edilib
Ziraat Bank Azərbaycanın Müşahidə şurasına yeni üzv təyin olunub
"Kapital Bank"ın rəhbərliyində dəyişiklik olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Bu ölkənin viza qiyməti artdı












