"Ziraat Bank Azərbaycan" ASC-nin Müşahidə Şurasına müstəqil üzv təyin edilib
Dünyanın 19 ölkəsində fəaliyyət göstərən “Ziraat Maliyyə Qrupu”nun tərkib hissəsi olan “Ziraat Bank Azərbaycan” ASC-nin Müşahidə Şurasına müstəqil üzv təyin edilib.
"APA-Economics" banka istinadən xəbər verir ki, səhmdarların ümumi yığıncağının qərarına əsasən Şenol Özyurt “Ziraat Bank Azərbaycan” ASC-nin Müşahidə Şurasına müstəqil üzv seçilib.
Qeyd edək ki, yeni təyin edilən müstəqil üzv, Şenol Özyurt 1967-ci il də Ankarada anadan olub. Bank sahəsindəki karyerasına 1991-ci ildə başlayan Şenol Özyurt bankda informasiya texnologiyaları sahəsində karyerasını qurub, 2019-cu ildən bu sektordan ayrılaraq informasiya texnologiyaları sahəsində önəmli biznes qurumlarında yüksək rütbəli vəzifələrdə çalışıb.
2024-cü il 10 dekabr tarixindən etibarən Şenol Özyurt “Ziraat Bank Azərbaycan” ASC-nin Müşahidə Şurasının müstəqil üzvü vəzifəsinə təyin edilib.
Xatırladaq ki, “Ziraat Bank Azərbaycan” ASC Türkiyə Respublikasına məxsus, 161 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 9 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Facebook, Instagram, X , Linkedin, Youtube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Oxşar xəbərlər
“Ziraat Bank Azərbaycan”ın Müşahidə Şurasına yeni sədr təyin edilib
Ziraat Bank Azərbaycanın Müşahidə şurasına yeni üzv təyin olunub
"Kapital Bank"ın rəhbərliyində dəyişiklik olub
Ziraat Bank Azərbaycandan biznes sahiblərinə endirim kampaniyası!
Ziraat Bank Azərbaycan sayca 9-cu filialının açılışını edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












