Azərbaycanda BOKT-ların kredit portfelinin tərkibi açıqlanıb
2024-cü ildə Azərbaycandakı bank olmayan kredit təşkilatlarının (BOKT) kredit portfeli 35 % (208 milyon manat) artaraq 808 milyon manat olub ki, bunun da əsas hissəsini istehlak kreditləri təşkil edib.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Maliyyə sabitliyi hesabatı"nda bildirilib.
Sənədə əsasən, hesabat dövründə istehlak kreditləri üzrə artım 41 % (150 milyon manat), ipoteka kreditləri üzrə artım 3,5 dəfə (31 milyon manat), biznes kreditləri üzrə artım isə 12 % (27 milyon manat) olub. Beləliklə, ötən ilin sonuna BOKT-lərin kredit portfelinin 63,4 %-i (512 milyon manat) istehlak kreditləri, 5,3 %-i (43 milyon manat) ipoteka kreditləri, 31,3 %-i isə (253 milyon manat) biznes kreditləri olub.
Biznes portfelinin 32 %-i (80 milyon manat) ticarət sahəsinə, 22 %-i (55 milyon manat) kənd təsərrüfatı sahəsinə, 20 %-i (51 milyon manat) digər qeyri-istehsal və xidmət sahəsinə, 18 %-i (46 milyon manat) nəqliyyat sahəsinə, 8 %-i isə (21 milyon manat) digər sahələrə verilmiş kreditlərindən ibarətdir.
Oxşar xəbərlər
Bank sektorunun aktivləri 49,7 mlrd. manata yaxınlaşıb
"Bank Avrasiya"nın kredit və depozit portfeli azalıb - Hesabat
Azərbaycanda ötən il dövlət xətti ilə 440 milyon manat ipoteka krediti verilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Avstraliyada bunkerdən 500 milyon avro dəyərində narkotik müsadirə olunub
