“Expressbank”da “Sağlamlıq ayı” çərçivəsində dermatoloji seminar təşkil edilib
Daxili Korporativ Sosial Məsuliyyətini ciddi dərk edən maliyyə institutu olaraq "Expressbank" ASC əməkdaşları üçün ardıcıl sağlamlıq tədbirləri həyata keçirməyə davam edir.
7 aprel – Ümumdünya Sağlamlıq Günü münasibətilə 2025-ci ilin aprel ayı Bank daxilində “Sağlamlıq ayı” elan olunub. Sözügedən ay çərçivəsində Bankın əməkdaşları üçün həyata keçirilən növbəti sağlamlıq tədbiri "Liv Bona Dea" xəstəxanasının peşəkar dermakosmetoloqu Dr. Günay Feyziyevanın iştirakı ilə “Yaz aylarında dəridə ləkələr, səbəbləri və aradan qaldırılması yolları” mövzusunda seminar keçirilib.
Seminar zamanı tədbir iştirakçılarına mövzu haqqında ətraflı məlumat verilib və onların dermatoloji problemlərlə bağlı müxtəlif sualları cavablandırılıb. Sonda isə tədbir iştirakçılarına tibbi-kosmetik məhsullar təqdim olunub.
Qeyd edək ki, "Expressbank" əməkdaşlarının sağlamlığının daim qayğısına qalır və bu yöndə ardıcıl tədbirləri “Sağlam komanda” layihəsi çərçivəsində həyata keçirir.
Oxşar xəbərlər
Expressbankda “Dermatoloji Seminar” keçirilib - Sağlamlıq ayı
Expressbankda “Sağlamlıq ayı” keçirilir
"Expressbank" Aqrar Biznes Festivalında iştirak edib
Maliyyə menecerləri üçün seminar keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Ankarada terrorla mübarizə çərçivəsində 209 nəfər saxlanılıb
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
Prezidentin köməkçisi: "İcra hakimiyyətləri qarşısında yeni vəzifələr müəyyən edilib"
-
Azercell və "Samsung"dan yeni kampaniya!

