Azərbaycan banklarına dövlət rüsumuna dair təlimat verilib
sizinxeber.az xəbər saytı

Azərbaycan banklarına dövlət rüsumuna dair təlimat verilib


Azərbaycan banklarına aksiz markasının və məcburi nişanlamanın verilməsinə görə dövlət rüsumu üzrə ödənişlərin həm nağd, həm də  internet bankçılıq üzərindən nağdsız qaydada ödənilməsi zamanı  yalnız “e-bildiriş” əsasında qəbul edilməsi ilə bağlı əlimat verilib.

"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. 

Məlumata görə, nazirlik, Azərbaycan Mərkəzi Bankı və "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyinin təşkilatçılığı ilə ölkədə fəaliyyət göstərən bankların 36 əməkdaşının iştirakı ilə videokonfrans formatında görüş keçirilib.

Görüşdə Hökumət Ödəniş Portalına inteqrasiya olunmuş “Dövlət rüsumlarının elektron idarə edilməsi (e-rüsum)” informasiya sistemi təqdim edilib. Qeyd olunub ki, artıq cari ilin aprel ayının 1-dən etibarən aksiz markasının və məcburi nişanlamanın verilməsinə görə dövlət rüsumunun “e-bildiriş” əsasında ödənilməsinə başlanılıb.

Oxşar xəbərlər

Aksiz markası və məcburi nişanlama üçün dövlət rüsumunun “e-bildiriş”lə ödənilməsinə başlanılıb
Azərbaycanda “E-bildiriş”in tərtibi, tətbiqi və uçotu Qaydaları” təsdiqlənib
Vergi Xidməti Azərbaycanın ticarət obyektlərində aksiz markasız siqaretlərin satışına münasibət bildirib - EKSKLÜZİV
Hökumət Ödəniş Portalının saytı və mobil tətbiqi fəaliyyətini dayandırıb
Azərbaycanda "E-rüsum” informasiya sistemi haqqında Əsasnamə” təsdiqlənib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər