"Kapital Bank"ın dəstəyi ilə “Nə? Harada? Nə zaman?” oyunu üzrə respublika çempionatı başa çatdı
Ötən gün “Təhsil oyunları platforması” layihəsi çərçivəsində şagirdlər arasında “Nə? Harada? Nə zaman?” oyunu üzrə respublika çempionatı keçirilib. İki mərhələdən ibarət olan çempionatın seçim turu onlayn formatda baş tutub.
Final mərhələsində Bakı, Sumqayıt, Ucar, Quba, Lənkəran, Astara, Saatlı, İsmayıllı, Goranboy, Şəki, Şirvan, Gəncə, Balakən, Ağdam, Cəbrayıl məktəblilərindən ibarət 39 komanda iştirak edib.
Finalçıların bilikləri 3 tur olmaqla ümumilikdə 36 sualla sınağa çəkilib. Final oyunun nəticələrinə əsasən, VI-IX sinif şagirdləri arasında Bakı şəhəri Humanitar fənlər təmayüllü məktəb-liseyinin “Golden Humanitar” komandası çempionatın üçüncüsü seçilib. Quba rayonu Alekseyevka kənd tam orta məktəbinin “Second RT team” komandası ikinci yerdə qərarlaşıb. Saatlı rayonu Əlisoltanlı kənd tam orta məktəbinin “Birlik” komandası isə bilik yarışında birinci ola bilib.
X-XI sinif şagirdləri arasında keçirilən yarışda isə üçüncü yerə Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyasının “Dahilər” komandası sahib çıxıb. Şirvan şəhəri 1 nömrəli tam orta məktəbin “Moonlight” komandası ikinci seçilib, Bakı şəhəri 287 nömrəli “Zəkalar” liseyinin “Zəkalar Sr” komandası isə birincilik adına layiq olub.
Qalib komandalar kubok, medal, diplom və hədiyyələrlə təltif ediliblər.
Məktəblilərin intellektual platforması olan “Nə? Harada? Nə zaman?” oyunu “Təhsil oyunları platforması” layihəsi çərçivəsində 2020-ci ildən etibarən Elm və Təhsil Nazirliyinin təşkilatçılığı, Kapital Bank-ın dəstəyi ilə həyata keçirilir.
Ölkənin I bankı olan "Kapital Bank" "PAŞA Holdinq" MMC-yə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 54 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— , "Birbank" kartı sifarişi üçün — .
Oxşar xəbərlər
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Universitetlərarası keçirilən intellektual çempionatın qalibləri elan olunub
Həndbol üzrə Azərbaycan çempionatlarında final mərhələsinin daha 3 oyunu baş tutub
Veb-kamera quraşdırılan seçki məntəqələrinin siyahısı açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Ronaldo gümüş almaqdan imtina etdi
-
Rövşən Nəcəf: "Sabah" klubunu ürəkdən təbrik edirəm
-
Azərbaycanın gülçə atıcısı Avropa çempionatında bürünc medal qazanıb
