Universitetlərarası keçirilən intellektual çempionatın qalibləri elan olunub
“Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə Universitetlərarası Azərbaycan Çempionatının martın 13-də keçirilmiş final mərhələsinin nəticələri açıqlanıb.
Bu barədə APA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki,final mərhələsində iştirakçılara 48 sual təqdim olunub. Bakı Ali Neft Məktəbinin “Stonks” komandası və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Vendetta” komandası 31 suala düzgün cavab verib. Əlavə göstəricilərə əsasən “Stonks” komandası çempionatın qalibi elan edilib. Üçüncü yeri isə 30 suala doğru cavab verən Azərbaycan Tibb Universitetinin “Old school” komandası qazanıb.
Qaliblərə mükafatları Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev təqdim edib.
Qeyd edək ki, çempionat Elm və Təhsil Nazirliyi, Gənclər Fondu, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və “3 sual” intellektual oyunlar platformasının birgə təşkilatçılığı ilə həyata keçirilib.
Bu il çempionata ölkənin 6 regionu və paytaxtdan 25 ali təhsil müəssisəsini təmsil edən 32 komanda qatılıb. 3000-dən çox tələbənin iştirak etdiyi ilkin seçim mərhələsindən sonra ən güclü komandalar finalda mübarizə aparıb.
Oxşar xəbərlər
UNEC tələbəsinin komandası “TEKNOFEST 2024”ün qalibi olub
“Teknofest”də iştirak edən Azərbaycan komandası yarışın qalibi olub
FHN-in voleybol komandası ölkə kubokunun qalibi olub
UEFA ÇL-da 1/8 final mərhələsinin növbəti oyunları keçirilib
COP29 çərçivəsində “İqlim dəyişikliyi" müsabiqəsinin final mərhələsi keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













