Hesablama Palatasının ötənilki fəaliyyətinə dair hesabat MM-ə təqdim edilib
sizinxeber.az xəbər saytı

Hesablama Palatasının ötənilki fəaliyyətinə dair hesabat MM-ə təqdim edilib


"Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında hesabat" Milli Məclisə təqdim edilib. 

"Report" bu barədə Palataya istinadən xəbər verir. 

Məlumata görə, bu gün qurumun sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə növbəti Kollegiya iclası keçirilib. İclasda hesabat müzakirə olunub. Bildirilib ki, sənəddə Hesablama Palatasının Strateji Planına uyğun olaraq 2024-cü il üzrə planlaşdırılmış və icra edilmiş fəaliyyətlər müvafiq büdcə və nəticə göstəriciləri qeyd olunmaqla əks etdirilib, həmçinin burada nəzarət tədbirləri barədə icmal-statistik məlumatlar təqdim olunub. 

Eyni zamanda, Hesabatda Hesablama Palatasının fəaliyyətinin, o cümlədən audit təsirinin (audit impact) ölçülməsi və fəaliyyətinin digər istiqamətlərdə təşkili barədə məlumatlar verilib.

Müzakirələrin yekununda Kollegiya üzvləri hesabatın təsdiq edilməsi və parlementə təqdim olunması barədə qərar qəbul ediblər.

Daha sonra Hesablama Palatasının fəaliyyəti ilə bağlı cari məsələlərə baxılıb.

Oxşar xəbərlər

Hesablama Palatasının 2024-cü il üzrə hesabatı Milli Məclisə təqdim edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
​​​​​​​Parlament Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti haqqında hesabatı qəbul edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hesablama Palatası: Hüquqi aktlarda boşluqlar artıq ödənişlərlə nəticələnir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan və Rusiyanın Hesablama Palataları əməkdaşlığı genişləndirir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hesablama Palatası dövlətə məxsus sosial fondların 2025-ci il büdcələrinə rəy verib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər