Azərbaycan və Rusiyanın Hesablama Palataları əməkdaşlığı genişləndirir
sizinxeber.az xəbər saytı

Azərbaycan və Rusiyanın Hesablama Palataları əməkdaşlığı genişləndirir


Azərbaycan və Rusiyanın Hesablama Palataları əməkdaşlıq əlaqələrinin gücləndirilməsi və inkişafı üçün mövcud imkanlar barədə fikir mübadiləsi aparıblar.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan tərəfi məlumat yayıb.

Bildirilib ki, qurumun sədri Vüqar Gülməmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Moskvada keçirilən Rusiyanın Hesablama Palatasının yaradılmasının 30 illiyinə həsr olunmuş yubiley tədbirində iştirak edib. Tədbirlə bağlı qurumun geniş tərkibdə kollegiya iclası keçirilib.

Kollegiya iclasında Rusiya Federasiya Şurasının sədrinin I müavini Andrey Yatskin, Dövlət Dumasının Nəzarət Komitəsinin sədri Oleq Morozov, regional nəzarət və mühasibat orqanlarının nümayəndələri, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Belarus, BƏƏ kimi ölkələrin ali audit orqanlarının rəhbər və nümayəndə heyətləri iştirak ediblər.

İclasda Rusiyanın Hesablama Palatasının sədri qurumun yarandığı tarixdən indiyə qədər əsas fəaliyyət nəticələri, müəyyən edilmiş pozuntular və çatışmazlıqlar, onların aradan qaldırılması istiqamətində görülmüş tədbirlər barədə məlumat verib. Bununla yanaşı, gələcək planlar açıqlanıb. Qeyd olunub ki, qurum genişmiqyaslı rəqəmsallaşdırılma prosesinə start verib, müasir texnologiyalar, analitik alətlər və süni intellekt vasitəsilə yüksək keyfiyyətli audit yanaşmalarını inkişaf etdirir. Eyni zamanda, keyfiyyətin idarə edilməsi sistemi təkmilləşdirilir və sosial-iqtisadi inkişaf məqsədləri, milli layihələr və dövlət proqramlarının auditi qarşıdakı dövr üçün əsas prioritetlərdən biri olacaq.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti ilə Rusiyanın Hesablama Palatasının nümayəndə heyəti arasında ikitərəfli görüş keçirilib.

Oxşar xəbərlər

Hesablama Palatası Aqrar Kredit və İnkişaf Agentliyində nöqsanlar aşkarlayıb
​​​​​​​Parlament Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti haqqında hesabatı qəbul edib
Hesablama Palatası: Hüquqi aktlarda boşluqlar artıq ödənişlərlə nəticələnir
Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilib
Hesablama Palatası iki ali təhsil müəssisəsində nöqsanlar aşkar edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər