Hesablama Palatası dövlətə məxsus sosial fondların 2025-ci il büdcələrinə rəy verib
Hesablama Palatası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun 2025-ci il büdcələrinə rəy verib.
"Report" bu barədə Palataya istinadən xəbər verir.
Məlumata görə, qurumun sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə növbəti Kollegiya iclası keçirilib. iclasda müvafiq qanun layihələrinə Palatanın Rəyləri müzakirə olunub.
Bildirilib ki, Rəylərin hazırlanmasında məqsəd büdcədənkənar dövlət fondlarının büdcələrinin gəlir və xərc istiqamətləri üzrə tərtib edilmiş proqnoz göstəricilərinin əsaslılığının və nəzərdə tutulan sosial-iqtisadi inkişafın məqsədləri ilə uyğunluğunun, büdcə layihələrinin tərtibi və təqdim edilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş tələblərə əməl edilməsi vəziyyətinin qiymətləndirilməsindən ibarətdir.
Müzakirələrdə Rəylərin hər bölməsində əks olunan əsas məsələlərə, aparılmış qiymətləndirmələrin nəticələrinə, verilmiş tövsiyələrə diqqət yetirilib. Müzakirələrin nəticəsinə əsasən Rəylərin təsdiq olunması və Milli Məclisə göndərilməsi barədə qərar qəbul olunub.
Oxşar xəbərlər
Hesablama Palatası 2025-ci ilin büdcə layihələrinə dair rəylər hazırlayır
Hesablama Palatasının gələn ilin büdcəsi ilə bağlı rəyi Milli Məclisə göndərilib
Hesablama Palatası AMEA-nın İşlər İdarəsi ilə bağlı Baş Prokurorluğa müraciət edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
WSJ: Tramp müdafiə şirkətləri ilə raket və sursat istehsalının sürətləndirilməsini müzakirə edəcək
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
