Avtomobillərin icbari sığortasının zərərliliyi 16%-ə yaxın artıb
sizinxeber.az xəbər saytı

Avtomobillərin icbari sığortasının zərərliliyi 16%-ə yaxın artıb


2025-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycanda avtomobillərin icbari sığortası (NVSMMİS) üzrə yığımlar 25 mln. 70 min manat təşkil edib.

APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.4% və ya 577 min manat çoxdur. Belə ki, 2024-cü ilin yanvar-fevral aylarında 24 milyon 493 min manat sığorta haqqı toplanılmışdı.

Bu dövrdə avtomobillərin icbari sığortası üzrə ödənişlərin həcmi 19 mln. 830 min manat olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 18.4% və ya 3 mln. 80 min manat çoxdur. Ötən ilin ilk 2 ayında bu sığorta növü üzrə ödənişlərin həcmi 16 mln. 750 min manat olub.

Sığorta yığımlarına nisbətən ödənişlərin daha çox artması son bir ildə NVSMMİS üzrə zərərliliyi 15.6% artırıb. Belə ki, 2024-cü ilin yanvar-fevral aylarında sığorta şirkətləri bu sığorta üzrə topladıqları hər 100 manatdan 68.4 manatını ödənişə yönəltmişdirsə, cari ilin ilk 2 ayında bu rəqəm 79.1 manata yüksəlib.

Oxşar xəbərlər

Avtomobillərin icbari sığorta bazarı 4% böyüyüb
Avtomobillərin icbari sığortasının zərərliliyi 20%-dən çox artıb
Ötən il avtomobillərin icbari sığortasının zərərliliyi 35%-dən çox artıb
Azərbaycanda könüllü sığorta 12%, icbari sığorta isə 3% artıb
Ötən il Azərbaycanda könüllü sığorta 14%, icbari sığorta isə 2% artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər