Rabitəbank Ramazan bayramı ərəfəsində şəhid ailələrini ziyarət edib
Rabitəbank korporativ sosial məsuliyyət sahəsindəki sadiqliyini bir daha nümayiş etdirərək Ramazan bayramı ərəfəsində şəhid ailələrinin yanında olub. Bankın təşkilatçılığı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi və yerli icra hakimiyyəti orqanlarının təşkilati dəstəyi ilə Kürdəmir, Şamaxı və Ağsu rayonları üzrə 100-dək şəhid ailəsi ziyarət edilərək, onlara Ramazan payları təqdim edilib.
Ziyarət zamanı bank nümayəndələri, şəhid ailələrini bayram münasibətilə təbrik edərək, qəhrəman şəhidlərimizin əziz xatirələrini ehtiramla yad edib, onların ailələrinə hər zaman dəstək olacaqlarını bir daha vurğulayıblar. Şəhid ailələrinə edilən bu dəstək, yalnız maddi yardım göstərmək deyil, həm də onlara ruh yüksəkliyi və bayramın verdiyi ümidin bir hissəsi olaraq görülüb.
Xatırladaq ki, Rabitəbank korporativ sosial məsuliyyəti çərçivəsində şəhid ailələri və qazilərə hər zaman həssaslıqla yanaşır və Qarabağ uğrunda döyüşlərin ilk günlərindən bu istiqamətdə çoxsaylı layihələr həyata keçirir.
Qeyd edək ki, hal-hazırda “Rabitəbank” ASC 16 region və Bakı şəhəri üzrə ümumilikdə 27 xidmət məntəqəsi, 75 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.
Oxşar xəbərlər
Bölgələrdə şəhid ailələri, müharibə əlillərinə 150 mənzil və fərdi ev verilib
“AzerGold” Zəfər Günü münasibətilə Daşkəsəndə Vətən müharibəsi şəhidlərinin ailələrini və qaziləri ziyarət edib
Şəhid övladlarının iştirakı ilə “Zəfər körpüsü” layihəsi həyata keçirilib - FOTO
Bu il şəhid ailələri və müharibə əlillərinə daha 1 000 mənzil veriləcək
Daha bir qrup şəhid ailəsi üzvü və müharibə veteranı üçün təsərrüfatlar qurulub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?
-
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
-
Lamiyə Əl Səud: Mənzil təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün başlanğıc nöqtədir
-
Vahid Hacıyev: Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası kimi inkişaf etdirilir
-
Keniyalı qonaq: "WUF13 Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün mühüm platformadır"
-
Dövlət Komitəsinin sədri: "İqtisadi canlanma azad olunmuş ərazilərin bərpasının vacib hissəsidir"
