Trading Economics: Azərbaycan Mərkəzi Bankı bu il uçot dərəcəsini azaldacaq
"Trading Economics” (TE) beynəlxalq iqtisadi statistika portalı Azərbaycan Mərkəzi Bankının (AMB) uçot faiz dərəcəsi ilə bağlı proqnozuna bəzi dəyişiklər edib.
"Sizinxeber.az-Economics“ xəbər verir ki, portal yenidən AMB-nin 2025-ci ilin I rübündəki qərarlarında uçot dərəcəsini sabit saxlayacağı, ilin II rübündə isə uçot dərəcəsini 6,75%-ə qədər endiricəyi gözləntisindədir.
Bununla belə, "Trading Economics" qlobal makro modelləri və analitiklərin gözləntilərinə əsasən, III rüb üzrə proqnozunu 6,5%-dən 6,25%-ə endirib, IV rüb üzrə isə 5%-dən 5,5%-ə qədər artırıb. Bu isə müvafiq olaraq əvvəlki proqnozdan 0,25% az və 0,5% çoxdur.
Qeyd edək ki, bundan əvvəl, "Fitch Solutions” şirkəti AMB-nin uçot dəcərəsini 6,75%-ə endirəcəyini proqnozlaşdırıb. Niderlandın maliyyə korporasiyası “ING Group” isə əksinə, hesab edir ki, Mərkəzi Bank uçot dərəcəsini 7,25%-dən 7,50%-ə yüksəldəcək.
Xatırladaq ki, AMB ötən ilin may ayından etibarən uçot dərəcəsini 7,25% səviyyəsində sabit saxlayır. Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı növbəti qərarını bu il martın 12-də açıqlayacaq.
Oxşar xəbərlər
Trading Economics: AMB 2025-ci ildə uçot dərəcəsini 5%-dək endirə bilər
Trading Economics: Bu il Azərbaycanda inflyasiya 4%-dən yuxarı olacaq
“Trading Economics” Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb
"Fitch Solutions" Azərbaycanın uçot dərəcəsi ilə bağlı uzunmüddətli proqnozunu açıqlayıb
ING: Azərbaycan Mərkəzi Bankı mart ayında uçot dərəcəsini artıracaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Erkən pensiya hüququ və məbləğdə artım - Prosedur necədir?
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












