ABB-dən biznes sahibləri üçün “Çevik” fürsət
ABB bizneslər üçün yeni “Çevik” xidmət paketini müştərilərin istifadəsinə verib. “Çevik” paketi biznes sahiblərinə ehtiyaclarına uyğun əməliyyatları seçərək öz paketlərini yaratmağa imkan verir. Bu paketdən faydalanaraq müştərilər gündəlik maliyyə əməliyyatlarını daha sərfəli idarə edə bilərlər. Yaradılan “Çevik” paketi limitləri daxilində yerli və beynəlxalq ödənişlər, əməkhaqqı köçürmələri, nağd vəsaitlərlə əməliyyatlar tam komissiyasızdır.
Bu paketlə biznes sahibləri aşağıdakı xidmətlərdən pulsuz faydalana bilərlər:
- Bank hesabının açılması;
- Digər bankdaxili köçürmələr;
- Ölkədaxili köçürmələr;
- Respublikadan kənara köçürmələr;
- Hesabdan nağd vəsaitin verilməsi (AZN və ya xarici valyutada);
- Bankın kassaları vasitəsilə hesaba nağd vəsaitin qəbulu (AZN və ya xarici valyutada);
- Müştərinin digər filialdakı/şöbədəki hesabına nağd vəsaitin qəbulu (AZN və ya xarici valyutada);
- Müştərinin bir filialda/şöbədə olan hesablarına köçürmə (AZN və ya xarici valyutada);
- Müştərinin digər filialda/şöbədə olan hesabına köçürmə (AZN və ya xarici valyutada);
- Əmək haqqı layihəsi çərçivəsində vəsaitin əməkhaqqı kartlarına köçürülməsi;
- Bankın alış/satış məzənnəsi ilə aparılan konvertasiya əməliyyatları;
- Hesab üzrə çıxarışların verilməsi;
- İnternetBankçılıq xidmətinə qoşulma;
- İnternetBankçılıq parol kalkulyatorunun əldə edilməsi (açarların sayı bir və ya iki olduqda)
- Korporativ və ya biznes kartının verilməsi
Üstəlik, “Çevik” xidmət paketinə indi qoşulan müştərilər 1 iyun 2025-ci il tarixinədək onu 60% endirimlə əldə edəcəklər. Məhsulu buradan sifariş vermək olar.
ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Oxşar xəbərlər
ABB Sumqayıtda 3-cü filialını açdı
Birbank Biznesdən “Maestro” tarifi istifadəçilərinə özəl hədiyyələr
ABB Bakıxanov qəsəbəsində yeni filial açıb
Birbank Biznes-dən korporativ müştərilər üçün yeni loyallıq proqramı: Birbank Biznes bonusları
ABB Şabran filialını da yenilədi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?
-
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
-
Dövlət Komitəsinin sədri: "İqtisadi canlanma azad olunmuş ərazilərin bərpasının vacib hissəsidir"
-
Lamiyə Əl Səud: Mənzil təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün başlanğıc nöqtədir
-
Keniyalı qonaq: "WUF13 Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün mühüm platformadır"
-
AK nümayəndəsi: Son onillikdə şəhərlərdə əhali sıxlığı ya artıb, ya da olduğu kimi qalıb
