sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Ötən il Azərbaycan bank sektorunun xalis mənfəəti 1%-ə yaxın azalıb
2024-cü ildə Azərbaycan bank sektorunun xalis mənfəəti 1 milyard 69,4 milyon manata bərabər olub.
"APA-Economics"in hesablamasına görə, bu, 2023-cü ilə nisbətən 0,65% və ya 7 milyon manat azdır.
Belə ki, bank sektoru 2023-cü ildə 1 milyard 76.4 mln. manat xalis mənfəət əldə edib.
Ötən il üzrə Azərbaycanda fəaliyyət göstərən 22 bankdan 21-i mənfəət açıqlayıb. Ən çox xalis mənfəət əldə edən banklar arasında dövlət bankı ABB (Azərbaycan Beynəlxalq Bankı ASC) 293,7 milyon manatla liderdir. "PAŞA Bank" 210,5 milyon manat mənfəətlə ikinci, “Kapital Bank” isə 186,5 mln. manat xalis mənfəətlə siyahıda üçüncü olub.
Oxşar xəbərlər
Azərbaycanda bankların xalis mənfəəti III rübdə 854 mln. manata çatıb
Azərbaycanın bank sektorunun xalis mənfəəti 9 % artıb
Azərbaycanın bank sektorunun xalis mənfəəti 7 % artıb
Azərbaycanın bank sektorunun xalis mənfəəti 16 % artıb
“Bank VTB Azərbaycan”ın mənfəəti 2,5 mln. manat azalıb - Hesabat
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













